Leonardo Di Kaprio nüfuzlu mükafata sahib oldu
Hollivud aktyoru Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülüb.
Hollivud aktyoru
Leonardo Di Kaprio
Amerika kinoaktyorlar gildiyasının
mükafatına layiq görülüb.
42-ciparalel.az-ın məlumatına görə, Di Kaprio bu mükafata “Sağ qalmış” filmindəki ən yaxşı kişi rolu nominasiyasında layiq görülüb. Bu nominasiyada onun rəqibləri
Conni Depp
,
Maykl Fassbender
,
Eddi Reydmen
və
Brayan Krenston
olublar.
Daha əvvəl akyor həmçinin ən yaxşı dramatik kişi roluna görə
“Qızıl Qlobus”
və
ABŞ
kino tənqidçilərinin
Critics’ Choice
premiyasını alıb.
Aktyorun namizədliyi həmçinin
“Oskar”
mükafatına irəli sürülüb. Di Kaprionun bu mükafatı alıb-almayacağı fevralın 28-də bilinəcək.
Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülən digər aktyorlara gəldikdə isə bunlar “Otaq” filmində ən yaxşı aktrisa nominasiyasında Bri Larson, “Danimarkalı qız” filmində ən yaxşı ikinci plan aktrisası nominasiyasında Alisiya Vikander, “Köksüz heyvanlar” filmində isə ən yaxşı ikinci plan aktyoru nominasiyasında İdris Elba qalib gəlib.
“Diqqət mərkəzində” filminin aktyorları ən yaxşı aktyor heyəti adına layiq görülüb.
42-ciparalel.az