MÜSAHİBİMİZ: AZƏRBAYCAN ƏRAZİLƏRİNİ MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİYİN “ANAMA” BAŞ DİREKTORU NAZİM İSMAYILOVDUR.
-Nazim müəllim, ANAMA yarandığı vaxtdan indiyə qədər nə qədər
ərazini minalardan təmizləmisiniz?
ANAMA yarandığı vax
t
dan indiyədək cəmi 243,833,346 kvadrat
metr ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmişdir.
Təmizləmə əməliyyatları zamanı tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin
sayı 687,750-dir. Hal-hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları
Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə, Tərtər və Bakı şəhəri,
Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
– Hazırda hansı bölgələrimizdə potensial təhlükəli – minalanmış
ərazilərimiz hələ də qalır?
Hal-hazırda potesial təhlükəli
mina sahələri təmas xəttində hərbiçilərin nəzarəti altında olan arxa eşalon və
neytral zonadır. Hərbi mövqeylərə yaxın yerli sakinlərə məxsus pay torpaqları
hansı ki, təhlükəsizlik baxımından minatəmizləmə əməliyyatlarının aparılması
mümkün deyi
l
.
Belə ərazilər Füzuli rayonu ərazisindən başlayaraq Ağdam, Ağcabədi, Tərtər, G
o
ranboy, Göygöl, Tovuz və Qazax rayonlarını
əhatə edir. Digər potensial mina və tərk edilmiş hərbi surs
a
tlar təhlükəsi, keçmiş Sovet Ordusuna
məxsus tərk edilmiş və dağılmış hərbi hissələr və poliqonların yerləşdiyi
ərazilərdir. Belə ərazilər Respublikanın müxtəlif bölgələrini əhatə edir.
Məsələn Ceyrançöl marşal poliqonu, Samux aviapoliqonu, Abşeron və Qarada
ğ
rayonu ərazisindəki poliqonlar və hərbi
sursatlar anbarları, Lənkəranda və Astara rayonlarında yerləşən hərbi
hissələrin əraziləri və.s
-Bütün təhlükəsizlik tədbirlərinə, minalardan təmizləmə
əməliyyatları keç
i
rilsə
də, ara-sıra mina partlayışları, bunda
n
dolayı itkilərin statistikası
artmaqdadır. Bunu nə ilə izah etmək olar?
ANAMA öz fəaliyyətinə başladığı
gündən biz Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) fəaliyyəti üzrə strateji
plan hazırlamış və həyata keçirməyə başlamışıq. Bu planın əsasını icma
səviyyəli fəaliyyət və məktəb proqramı təşkil edir. Məktəb proqramı ilə bağlı
ANAMA, UNİCEF və Respublika Təhsil Nazirliyi arasında 2004-cü ilin may ayında
Anlaşma Memorandumu (AM) imzalanmışdır. Təhsil Naziri MTM-in cəbhəxətti və
sərhədyanı rayon orta məktəblərinin tədris kursuna inteqrasiya edilməsi
haqqında əmr vermişdir
. Bizim mütəxəssislər tərəfindən hər
rayon təhsil şöbəsindən bir nəfər olmaqla 26 təlimatçını təlim kursuna cəlb
etmişik və onlara bu fəaliyyəti əlaqələndirmək üçün sertifikat verilmişdir. Bu
fənn üzrə dərslər hal-hazırda, Naxçıvan MR-ın bütün məktəbləri daxil olmaqla,
proqramın əhatə etdiyi 13 cəbhəxətti, sərhədyanı, o cümlədən tam işğal altında
olan rayonların yerləşmiş məktəblərində tədris edilir. Hər il bu fənn üzrə orta
məktəblərin 4 və 6-cı sinif şagirdlərinə (52 000 nəfər) həftədə 1 saat olmaqla
dərslər keçilir. İndiyə kimi 24 rayonun 1 200 məktəbindən 3 140 müəllimə MTM
üzrə təlim keçirilmişdir. ANAMA və Təhsil Nazirliyinin mütəxəssisləri
tərəfindən orta məktəblərin 4 və 6-cı sinif şagirdləri üçün 99 000 MTM üzrə
dərslik və müəllimləri üçün 6 400 metodiki vəsait hazırlanaraq çap edilmiş və
həmin rayon məktəblərinə paylanmışdır.
MTM dərslərinin effe
k
tivliyini və ona şagirdlərin marağını artırmaq üçün əyani
vəsait olaraq 20000 ədəd təlim plakatı hazırlanmış və nəzərdə tutulmuş məktəblərə
paylanmışdır.
Məhz bunun nəticəsidir ki, indi məktəblilər daha
da ayıq- sayıq olmuş, onlar rast gəldikləri və tapdıqları partlamamış hərbi
sursatlar (PHS) haqqında ANAMA, yerli hökumət orqanları nümayəndələrinə dərhal
xəbər verirlər.
Məhz
bunun nəticəsində yüzlərlə mina və müharibədə partlamamış qalıqları (MPQ)
tapılaraq əməkdaşlarımız tərəfindən zərərsizləşdirilmişdir. Daha doğrusu,
əvvəlki illərə nisbətən məktəblilər arasında mina və MPQ hadisələrindən
yaralanma və ölmə hadisələrinin sayı sıfıra enmişdir.
Proqramımızın ikinci tərəfi isə icma səviyyəli işlərdir ki, buna
kənd və qəsəbələrin ictimaiyyətçi, fəal nümayəndələri cəlb olunmuşlar. Nəzərdə
tutulmuş hər rayonda 1 nəfər əlaqələndiricimiz fəaliyyət göstərir, onların
hamısı “MTM üzrə Təlimatçı” kursunda iştirak etmiş və sertifikat almışlar. İndiyə
kimi 10 cəbhəxətti və sərhədyanı rayonun 158 kəndində “MTM qrupları” təşkil
etmişik, qrup üzvlərinin vəzifəsi əhali arasında maarifləndirmə işlərinin
aparılmasından ibarətdir. Onlar hər ay fəaliyyətləri barədə ANAMA-nın müvafiq
qurumuna hesabat göndərirlər. Mütəmadi olaraq yerlərdə həm rayon təhsil
şöbələri və həm də MTM Qrup nümayəndələri maarifləndirmə materialları ilə təmin
edilirlər. Təbliğatı daha da gücləndirmək məqsədilə 170 ədəd iri bilbord
hazırlamış və proqramın əhatə etdiyi rayonların təhlükəli sayılan ərazilərində
quraşdırmışıq.
Mina və
MPQ hadisələrinin qarşısını tam almaq mümkün deyildir. Belə ki, yerlərdə
yaşayan əhali, xüsusən maldarlıqla məşğul olan təbəqə heyvanlarını otarmaq üçün
təhlükəli sayılan ərazilərə daxil olurlar. Həmin yerlərdə nişanlar, bilbordlar
quraşdırılmasına baxmayaraq , onlar otluq olan ərazilərə daxil olur və bu zaman
xoşagəlməz təhlükəli hadisələr baş verir.
Topladığımız
statistika göstərir ki, əksər mina hadisələri hərbi birləşmələrin nəzarətində
olan və giriş qadağan olan ərazilərdə baş verir. Zərərçəkənlərin əksəriyyəti
isə hərbiçilər və yerli sakinlər olurlar. Əlavə olaraq qeyd etmək istərdim ki,
biz Türkiyə, Gürcüstan, Tacikistan və Əfqanıstanla beynəlxalq əməkdaşlığımızı
da davam etdiririk. Adlarını çəkdiyimiz ölkələrin mina aksiyası üçün kadr
hazırlanmasına da xüsusi əhəmiyyət veririk. “2009-cu ildən başlayaraq
Azərbaycan Hökumətinin vəsaiti hesabına “qeyri–hərbi sahədə yardım” proqramı
çərçivəsində ANAMA tərəfindən mövcud “Mina Təhlükəsi” adlı dərsliklər və
müəllim vəsaitləri Dari dilinə tərcümə edilmiş və 25500 ədəd çap edilərək
Əfqanıstan İslam Respublikasına göndərilmişdir. Daha sonra mütəxəssislərimiz
tərəfindən Əfqanıstanın iki vilayətində 950 müəllimə metodiki təlimlər keçmişik
və bu işin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
-Bu sahə üzrə beynəlxalq
təşkilatlardan hansılarla təcrübə mübadiləsi aparır və əməkdaşlıq edirsiniz ?
Birləşmiş Millətlər Təşkilatı tərəfindən ötən il dərc edilmiş hesabata
əsasən ANAMA ümumdünya mina aksiyası arenasında uğurlu fəaliyyətilə fərqlənən
bir neçə təşkilatlardan biri elan edildi. Agentliyimiz bir çox beynəlxalq
təşkilatlarla əməkdaşlıq edib və hazırda etməkdədir. Bura BMT strukturuna aid
UNOPS, UNİCEF və həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanılığı, ABŞ
Hərbi Dəniz Quvvələri, Genevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi,
İngiltərənin MAG, Amerikanın RONCO, İsveçin D-Mine şirkəti, Almaniyanın Vallon
Şirkəti, Avstraliyanın MineLab şirkəti, Slovakiyanın Way Industry təşkilatı,
Xorvatiyanın DOK-İNG təşkilatı, Əfqanıstanın Mina Aksiyası Mərkəzi,
İngiltərənin Kranfield Universiteti, Amerikanın James Madison Universiteti,
NATO-nun Təchizat Agentliyi və sair təşkilatları da misal çəkmək olar.
-Mina təmizləmə sahəsində milli
kadrların yetişdirilməsi istiqamətində ölkəmizdə vəziyyət necədir ?
ANAMA-nın yeni yaradıldığı illərdə (1998-2001) əksər təlim kursları
və icra olunan mina axtarma əməliyyatlarına nəzarət əsasən əcnəbi mütəxəssislər
və texniki məsləhətçilər tərəfindən icra edilirdi. ANAMA-nın direktoru cənab
N.İsmayılov tərəfindən qarşıya qoyulmuş milli potensiyalın yaradılması
strategiyası əsasında, 2001-ci il tarixdə Azərbaycanın mina aksiyası üzrə Təlim
və Monitorinq Qrupunun və milli sahə rəhbərləri vəzifələrinin yaradılması,
milli kadrların formalaşmasına və inkişaf etdirilməsinə çox ciddi təkan verdi.
Nəticədə, xarici vətəndaşların əhatə etdiyi missiyalar tədricən məhdudlaşaraq,
onların tutduğu vəzifələr öz önəmini itirməyə başladı və sonda isə tam şəkildə
milli heyətin səlahiyyətinə verildi. Əcnəbi mütəxəssislərin verdiyi faydaları
qiymətləndirsək də, bugün artıq ANAMA-da heçbir əcnəbi mütəxəssis fəaliyyət
göstərmir. ANAMA-nın “Тəlim, Тədqiqat və Кeyfiyyətin Тəminatı Qurumu” (TTKTQ)
agentliyin təlim və keyfiyyətə nəzarət funksiyalarını icra edir. TTKTQ özündə,
ABŞ Silahlı Qüvvələrinin müvafiq metodlarını, BMT-nin İMAS qaydalarını və
Azərbaycanın Minatəmizləmə üzrə Milli Qayda və Standartlarını cəmləşdirən və
tətbiq edən qurumdur. Qurumun mərkəzi, Göygöl şəhərində, ANAMA-nın Göygöl
Regional Təlim Mərkəzində yerləşir. Vaxtilə ANAMA-nın daxili ehtiyacları üçün
yaradılmış TTKT-Qurumu, son illərdə nəyinki Azərbaycanda, hətta Türkiyə,
Gürcüstan, Tacikistan, Əfqanıstan və sair ölkələr üçün təlim kursları keçməkdə
və texniki məsləhətlər verməkdədir. NATO kimi mühüm təşkilatın məhz ANAMA-nı
tenderə dəvət etməsi və ANAMA-nın çoxsaylı beynəlxalq təşkilatlar arasından
tender qalibi çıxması nəticəsində, ANAMA tərəfindən Gürcüstan Respublikasının
Silahlı Qüvvələrinə 9-dan artıq müxtəlif təlim kursları keçirilmiş və əlavə
olaraq Gürcüstanda 5 ay əməliyyatlara nəzarət icra olunmuşdur. Bundan əlavə
olaraq Türkiyənin MKE Makina Kimya Endüstri (Hərbi Sənaye) strukturuna 3
minaaxtarma və partlayışlar üzrə təlimin və Türkiyənin özəl NOKTA şirkətinin
qruplarına isə daha 2 təlim kursunun keçirilməsi, Türkiyə-Suriya sərhəddi
arasında 2000-dən artıq minimum metal tərkibli minaların aşkar olunması ilə
nəticələndi.
Danılmaz faktdır
ki, ANAMA öz sərəncamında olan xüsusi avadanlıqlar, xüsusi naqilsiz təlim
minaları, vibrasiya və sair funksiyaları olan D-MİNE adlı imitasiya
qurğularındanda geniş istifadə etmişdir. Bu günədək ANAMA tərəfindən 140-dan
artıq təlim kursu keçirilərək 1500-ə yaxın şəxsin mütəxəssis kimi formalaşması
təmin edilmişdir. Bunlardan 300 nəfəri isə xarici müdavimlər olmuşdur.
Son iki-üç ildə ANAMA-nın İnformasiya Şöbəsi ilə Genevrə Mərkəzi
arasında aparılan əməkdaşlığın nəticəsi olaraq 20-yə yaxın ölkədən gəlmiş
mütəxəssislər üçün Göygöl Təlim Mərkəzində 2 beynəlxalq təlim keçirilmişdir. Hazırda
agentliyin TTKT-Qurumu 20 müxtəlif təlim kurslarını həyata keçirmək
iqtidarındadır. ANAMA-nın əməliyyatlar üzrə bütün şəxsi heyəti öz vəzifələrinə
uyğun müvafiq təlim kurslarında iştirak etmiş və rəhbər heyət isə xarici
ölkələrdə yeni biliklərə yiyələnərək bu bilik və bacarıqları Azərbaycana
gətirməkdə və Agentliyimizin inkişafı üçün istifadə etməkdədir. 2008-ci ildə
isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ANAMA-nın 9 əməkdaşı öz
xidmətlərinə görə “Tərəqqi” medalları ilə təltif olunmuşlar. 1 nəfər isə
ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.
Mehriban Məmmədzadə
