Azərbaycanlı “O Səs Türkiyə”də qalmaqal yaratdı (VİDEO)
Münsiflər heyəti Leylanı bəyənsə də tamaşaçılar onu seçməyib.
“O Səs Türkiyə”də azərbaycanlı ifaçının məğlub olması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. 42-ciparalel.az-ın məlumatına görə,
Murat Bozun
komandasında olan azərbaycanlı iştirakçı Leyla Rəhimova növbəti mərhələyə keçmək üçün
Gökhan-Hakan Özoğuzların
komandasından olan Yusuf Yükseklə təkbətək qarşılaşıb. Leyla Rəhimova
Türkiyənin
əfsanəsi hesab edilən mərhum
Müslüm Gursesin
repertuarından “Vazkeçməm” mahnısını ifa edib. Yusuf Yüksek isə Halil Sezainin “İsyan” mahnısını ifa edib.
Leyla Rəhimova ilə Yusuf Yüksekin ifası
Münsiflər heyəti Leylanı bəyənsə də zaldakı tamaşaçılar Yusuf Yükseki seçib. Beləliklə, həmyerlimiz müsabiqədə mübarizəsini dayandırıb. Sosial şəbəkə istifadəçiləri Leyla və Yusufun arasındakı səsvermədə qərəzli mövqeyin olduğunu bildiriblər. Onlar “Yusuf yaxşı oxudu, amma Leyla daha çox layiq idi, haqsızlıq edildi” yazıblar. “O səs Türkiyə”nin münsif kürsüsündə Muradla yanaşı müğənnilər
Ebru Gündeş
,
Hadisə
, Hakan və Gökhan Özoğuz qardaşları əyləşib.Bir neçə gün əvvəl Leyla Rəhimova Sinan Erkeklə birgə duet səsləndirib. Musiqiçilər
Deniz Sekinin
repertuarından “Adaletsiz seçim” mahnısını ifa ediblər.

“O Səs Türkiyə” verilişi
Duetdən sonra münsif kürsüsündə əyləşən Murad Boz hər iki ifaçını tərifləyib. Lakin ulduz müğənni azərbaycanlı ifaçı Leyla Rəhimovanı seçib.
Həmçinin oxuyun:
Türkiyəli məşhur müğənni azərbaycanlı qızı seçdi (VİDEO)
42-ciparalel.az