Ermənistanın Qarabağı qaytarmamaq üçün yeni planı
“İran və Ermənistan öz nəqliyyat dəhlizini yaratmaq barədə razılığa gəlib”.
42-cipralel.az-ın məlumatına görə, bu sözləri “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində ölkənin nəqliyyat naziri
Qaqik Beqlaryan
deyib.
O, bir neçə həftə öncə
Tehran
səfərinin detallarından danışarkən qeyd edib ki, bu dəhliz İran ərazilərindən keçməklə Avropa və Hindistanı bir-birinə bağlayacaq. “İran ərazisindən keçən dəhliz Ermənistan,
Gürcüstan
və
Qara dəniz
vasitəsilə
Avropaya
çıxacaq. Bizim hesablamalarımıza görə bu yol Azərbaycan və Türkiyədən keçən tranzit xətlərindən daha ucuz olacaq”, – deyə nazir bildirib.

Qaqik Beqlaryan – Ermənistanın nəqliyyat naziri

Beqlaryan qeyd edib ki, İran vasitəsilə keçən bütün yüklər Avropaya və Rusiyaya yönələcək. “Biz Ermənistandakı
Erasxa
ərazisinə qədər avtomobil yollarından istifadə edəcəyik. Yüklər Erasxdan Potiyə qədər isə qatarla daşınacaq”, – deyən nazir əlavə edib.
O bildirib ki, tranzit xətti vasitəsilə
Potidən
Avropaya çıxış imkanı əldə olunacaq.
Nazir əlavə edib ki, bu il Ermənistanın ərazisi vasitəsilə keçməsi nəzərdə tutulan tranzit xəttinin tikintisinə başlanılacaq.
İran və Erəminstan arasında nəqliyyat dəhlizinin inkişaf etdirilməsi rəsmi Tehran üzərindən beynəlxalq sankisyaların ləğv edilməsi məsələsi gündəmə gəldikdən sonra müzakirə mövzusuna çevrildi. Hətta qaz kəmərinin çəkiləcəyi də planlaşdırılırdı. Amma hələ ki, maliyyə vəsaiti və Ermənistanın dağlıq reylefi bu kəmərin çəkilməsinə mane olur.
Çin və İran arasında ticarət əlaqələrinin 600 milyard dollara çatırılması isə Ermənistanın iqtisadi şanslarını artırır.
Çindən
gələn yüklərin İran və Ermənistan vasitəsi ilə Avropaya daşınması üçün
Serj Sarkisyan
Pekinə səfəri zamanı müzakirələr aparmışdı. Ermənistan isə
“İpək yolu”na
yalnız İran vasitəsi ilə qoşula bilər. Əgər 300 kilometrlik və 3,2 milyard dollarlıq İran-Ermənistan dəmir yolu inşa edilərsə, o zaman İrəvanın “İpək yolu”na qoşulma şanşı daha da artır.

Nəzərdə tutulan Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa nəqliyyat dəhlizi
Amma burada Azərbaycanın regiondakı iqtisadi və siyası təsirlərini unutmaq olmaz. Yüklərin Çindən və ya
Hindistandan
gəlməsindən aslı olmayaraq, şərqlə-qərbi, şimalla-cənubu birləşdirən əksər dəmir və avtomobil yolları Azərbaycanla yanaşı Gürcüstandan da keçir. Azərbaycanla Gürcüstan arasında geniş iqtisadi əlaqələr də mövcuddur. Azərbaycan Gürcüstana həm kredit verir, həm də neft və qazla təmin edir. Bu isə Azərbaycanın Gürcüstana təsir gücünü artırır.
42-ciparalel.az