Search for:

Sanksiyaların ləğvindən sonra İran hərəkətə keçdi (FOTO)

Paylaş:


“Tehran maye qazın tədarükü üçün Beynəlxalq klub rolunu oynayacaq”.


İran

təbii qazın hasilatı və ixracatını artırmaq üçün yeni imkanlar axtarır. 42-ciparalel.az-ın məlumatına görə, bu haqda Milli Qaz İxracatı Şirkətinin İcraçı direktoru Əlirıza Kameli danışıb. O, bildirib ki, İran maye qazın tədarükü üçün Beynəlxalq klub rolunu oynayacaq:”İlk olaraq İran 2012-ci ildə sanksiyaların tətbiq edilməsindən sonra, 40% işləri dayandırılan maye qazın ixracatı layihəsini bərpa edəcək. Lakin bunun üçün 3-4 il tələb olunur”.







Əlirıza Kameli – İran Milli Qaz İxracat Şirkətinin İcraçı direktoru


Kamelinin sözlərinə görə, İran hazırda

Avropa

şirkətləri ilə eyni zamanda Beynəlxalq tanker operatoru

Golar LNG

ilə maye qazın çatdırılması və bunun üçün infrastruktrun tikintisi haqqında danışıqlar aparır.Həmçinin İran Fars Körfəzindəki qonşularına

Küveytə



Birləşmiş Ərəb Əmirliyinə

, də qaz ixrac etməyi planlaşdırır. Oman İrandan dəniz qaz kəmərinin tikintisi layihəsini öyrənir. Bununla da qaz tədarükü boru kəməri vasitəsi ilə 10 milyard kub metrə çatdırılcaq.

Sanksiyaların

aradan qaldırılmasından sonra İran dünya bazarına neft ixrac etməyə başlayıb. Bunun da öz növbəsində ucuzlaşmaqda davam edən neftin qiymətinə daha da mənfi təsir edəcəyi bildirilir.İran neft hasilatını sürətlə artırmağa başlayacaq ki, bununla da ölkə bir neçə həftədə neft hasilatını sutkada 500 min barelə artıra bilər.İrana qarşı ABŞ və

Altılıq

ölkələrinin tətbiq etdiyi sanksiyalar nüvə proqramına dair əldə olunnan 14 iyul 2015-ci il Vyana razılaşmasına əsasən ləğv edilib.


42-ciparalel.az

Paylaş: