İtaliya prezidenti azərbaycanlıları qəbul etdi (FOTO)


Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da qəbulda iştirak edib.

İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib. 42-ciparalel.az-ın məlumatına görə, yanvarın 27-də

İtaliya

Respublikasının Prezidenti

Sergio Mattarella

Prezident Sarayında

Nizami Gəncəvi

Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib. Qəbul mərasimi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan “Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab” mövzusunda Yüksək Səviyyəli Hazırlıq Görüşü çərçivəsində baş tutub. Qəbulda iştirak edənlər sırasında

Bolqarıstan

Respublikasının Prezidenti

Rosen Plevneliyev

,

Makedoniya

Respublikasının Prezidenti

Giorge İvanov

,

İSESKO-nun

Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri yer alıb.







“Dinlərarası Dialoq Yolu ilə Radikallaşma və Ekstremizmə Cavab” mövzusunda görüş


Mərasimdə nitq söyləyən İtaliya Prezidenti Sergio Mattarella müasir dünyada anti-tolerantlıq, zorakılıq, fərqlilərə qarşı nifrətə yer olmadığını qeyd edərək daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da qəbulda iştirak edib.Prezident Orta Şərqdə, Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bəzi şəhərlərində ölümlərə səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini vurğulayıb. “Dinlərarası dialoq və hörmət birgə yaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir” deyə İtaliya Prezidenti bildirib. Prezident sonda öz çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.










Görüşdən foto



Latviyanın

sabiq prezidenti

VayraVike-Frayberqa

öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz fəaliyyətində münaqişələrin qarşısının alınması və dinlərarası dialoqların təşkilinə böyük önəm verir. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən, müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kim istifadə etməsindən danışan xanım Frayberqa ekstremist baxışlı siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.İtaliyanın sabiq xarici İşlər naziri Franko Frattini isə nifrət və zorakılığa qarşı “İnsanlıq Paktının” mümkün qədər tez imzalanmasınının labüdlüyünü bildirib. “Mədəniyyətlər arası dialoq və tolerantlıq düşmənçiliyin qarşısını ala biləcək yeganə qayadır” deyə sabiq Xarici İşlər naziri qeyd edib.

42-ciparalel.az

Əlaqədar Yazılar