Öz taxtımızda oturaq
Ölkədə yerli mebel istehsalına üstünlük verilməlidir.
“Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır. Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək
İtaliya
,
Rumıniya
mebeli olsun? Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır”.
42-ciparalel.az-ın məlumatına görə, bunu prezident
İlham Əliyev
”
Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd edib.

İlham Əliyev – Azərbaycan prezidenti
Bəs bu gün yerli mebel bazarında vəziyyət nə yerdədir? Hazırda yerli mebel istehsalçılarının bir qismi xammalı xaricdən əldə edirsə, bir qismi bunu özü istehsal edir. Xammal kimi əsasən şam, küknar, ağcaqovaq, qaraşam, palıd ağaclarından geniş istifadə olunur. Lakin istehsalçılar özləri də etiraf edirlər ki, yerli mebellərə tələbat çox aşağıdır.
Yerli mebel şirkətlərindən birinin məsul əməkdaşı Sevinc Mehdiyeva bildirdi ki, xammalı özləri istehsal etmir, əsasən İtaliya,
İspaniya
, Almaniya,
Türkiyədən
alırlar. Lazımi xammal gəlib çatdıqdan sonra isə dövrün tələbinə uyğun ofis, mətbəx, yataq otağı, uşaq otağı və s. istehsal etməyə başlayırlar:
“Şirkətimiz fəaliyyət göstərdiyi bu 12 il ərzində
Bakı
şəhəri və respublikamızın müxtəlif bölgələrində çoxsaylı müəssisələrin, nazirliklərin, bankların, hava nəqliyyatı və dəmiryolu müəssisələrinin ofis və digər mebel avadanlıqlarının təchiz olunmasında fəal iştirak edirlər. Bizim istehsal etdiyimiz mebellər heç də Türkiyə, Almaniya, Rumıniya istehsallı mebellərdən geri qalmır. Amma çox təəssüf ki, tələbat azdır”.
Həmsöhbət olduğum digər bir mebel şirkətinin əməkdaşı isə bildirdi ki, mebellərin istehsalında əsasən yerli xammaldan, təbii ağaclardan istifadə edirlər və keyfiyyətə də söz ola bilməz. İstehsal etdikləri mebellərin satış məntəqələrinə isə əksər Avropa ölkələrində (Türkiyə, Rusiya, Almaniya, Gürcüstan və s.) rast gəlmək mümkündür. Lakin yenə alıcılar xarici məhsullara üstünlük verirlər.
Bu isə ümumiyyətlə hələ Sovet dövründən qalma stereotiplərlə – xarici məhsulların daha keyfiyyətli olması düşüncələri ilə bağlıdır. Amma alıcılar yerli mala üstünlük versələr, bu həm onların cibinə, həm də yerli istehsala müsbət təsir edər.
Çünki yerli xammal ucuz başa gəlir, lakin xaricdən əldə edilən lazımi materiallar olduqca bahadır. Bu isə o deməkdir ki, xarici xammal ilə yerli mebel istehsalına başlasaq, onun maya dəyəri
Avropanın
inkişaf etmiş ölkələrində istehsal olunan mebelin qiymətinə çatacaq. Bu isə heç də hər kəsin cibinə uyğun olmayacaq.
Ona görə də Rusiya, Türkiyə və digər ölkələrdə olduğu kimi mebel bazarında canlanma yaratmaq üçün yerli istehsal dəstəklənməlidir. Sırf meşə zolaqları salınıb ki, buradan əldə olunan xammal ilə hər növ mebel dəsti hazırlanır və onlar zamanla brend adı alaraq bir çox ölkələrə, eləcə də Azərbaycana ixrac olunur. Özü də olduqca baha qiymətlərlə.

Yerli istehsallı ofis mebeli
Buna görə də yerli mebel istehsalı üçün həmin şirkətlərə imkanlar yaradılmalıdır. Bu, güzəştli kreditlər verilməsi və ya digər şəkildə dəstək ola bilər. Məhz belə olan halda dövlətin köməyini hiss edən istehsalçı şirkətlər məhsullarını nəinki daxili bazarda, həm də xarici bazarda nümayiş etdirə bilər.
42-ciparalel.az