İlham Əliyevdən silah haqqında sərəncam
Nazirlər Kabineti təklif hazırlamalıdır.
Prezident İlham Əliyev
“Xidməti və mülki silah haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı
İlham Əliyevin
sərəncamı ilə
Nazirlər Kabinetinə
qanunların və prezidentin aktlarının “Xidməti və mülki silah haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək, eləcə də normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb. Mərkəzi icra hakimiyyəti orqanları isə normativ hüquqi aktların həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməlidirlər.
Azərbaycan
Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
42-ciparalel.az