Search for:

“Bank of Azerbaijan”dakı pullar sabahdan qaytarılır

Paylaş:


7 342 əmanətçidən yalnız 6 599 nəfəri kompensasiya alacaq.

Sabahdan lisenziyası ləğv olunan

“Bank of Azerbaijan”

ASC-nin əmanətçilərinə kompensasiyanın ödənilməsinə başlanacaq. 42-ciparalel.az-ın məlumatına görə, bunu

Əmanətlərin Sığortalanması Fondunun

icraçı direktoru Azad Cavadov bildirib. Kompensasiyalar bir ay ərzində ödəniləcək.

Onun sözlərinə görə, ancaq adıçəkilən bankda 24 mln. manat kompensasiya olunan əmanət var. Bankdakı əmanətçilərin ümumi sayı 7 342 nəfər olsa da, bunun yalnız 6 599 nəfəri kompensasiya alacaq.Kompensasiya ödənişləri üçün “Muğanbank” ASC, Naxçıvan üzrə isə “Rabitəbank” ASC seçilib.Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib.


Ötən gün

Azərbaycanda

daha 2 bankın lisenziyası ləğv edilib. Bununla da yanvar ayı ərzində lisenziyası ləğv olunan bankların sayı 6-ya çatdı.42-ciparalel.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə

“Qafqaz İnkişaf Bankı” ASC



“Atrabank” ASC-nin

bank lisenziyaları ləğv edilib.







“Atrabank” ASC-nin ofisi



Əmanətlərin Sığortalanması Fondu


Mərkəzi Bankının

İdarə Heyətinin “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq adıçəkilən bankları Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb. Onlara verilmiş şəhadətnamə ləğv edilib.


Hazırda Fonda üzv bankların sayı 39-dur.

42-ciparalel.az

Paylaş: