Search for:

Türkiyənin yeni hərbi helikopterləri heyran qoydu (FOTO)

Paylaş:


“Chinook”in ilk görüntüləri ortaya çıxıb.

Türkiyə Silahlı Qüvvələrinin


inventarına yeni təyyarələrə əlavə edilir. 42-ciparalel.az-ın məlumatına görə, Türkiyə Quru Qoşunları və Xüsusi Təyinatlılar Komandanlığının ağır nəqliyyat vertolyotlarına olan ehtiyacını ödəmək üçün 2006-cı ildə


Boeing


şirkətinə sifariş etdiyi “Chinook” helikopterlərinin ilkin görüntüləri ortaya çıxıb.


Silahlı Qüvvələrə təslim ediləcək,


“Chinook”


helikoptellərinin yaxın günlərdə təslim ediləcəyi gözlənilir. Daha əvvəl 6 ədəd sifariş olunan, “CH-47F” tipli ağır nəqliyyat helikoptellərinin Baş nazir


Əhməd Davudoğlunun


rəhbərliyi ilə təşkil edilən Müdafiə Sənaye İcra Komitəsinin iclasında daha 5 ədəd sifariş edilməsi haqqında qərar qəbul edilib.









“Chinook -CH 47F” helikopteli




Sifarişlərdən 4-ü Baş qərargaha,1-i Milli Müdafiə Nazirliyinə verilməsi nəzərdə tutulur. VİP olaraq, sifariş edilən, zirehli hərbi helikoptellərindən fərqlənən, bir helikoptel Prezident administrasiyasına təhvil veriləcək. Bu helikoptellər dövlət rəsmilərinin fəaliyyətində istifadə ediləcək.




55 əsgər daşıya biləcək, bu helikoptellər hər cür hava şəraitində ağır tonajlı hərbi vasitələrin daşınmasını həyata keçirəcək.

42-ciparalel.az

Paylaş: