Maliyyə Nazirliyi 4 000 000 istiqraz buraxır
Qeydiyyata alınan istiqrazın nominal dəyəri 100 manatdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(QKDK) tərəfindən dövlət ortamüddətli istiqrazları dövlət qeydiyyatına alınıb. Komitədən 42-ciparalel.az-a verilən məlumata görə, komitə tərəfindən qeydiyyata alınan Maliyyə Nazirliyinin hər bir istiqrazın nominal dəyəri 100 manatdır. Dövlət qeydiyyatına alınan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 50S qeydiyyat nömrəsi ilədir. Bundan əlavə komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 49S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Maliyyə naziri
Samir Şərifov
bir neçə gün öncə ANS-in “Hesabat”ına qonaq olub. O, açıqlamasında deyib ki, hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manta olan hörmət yenidən bərpa olunsun. “Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Faizlər isə inflyasiyadan çox olacaq. Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən bu istiqrazlar bir həftə ərzində dövriyəyyə buraxılacaq”.
42-ciparalel.az