Azərbaycan
Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor,
Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abiyev.
Ümummilli lider Heydər Əliyevin xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət
kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin
prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.
Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması
və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi
problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi,
onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman
komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər
müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Ulu Öndər dünya və Avropa miqyaslı
yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu
görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə
əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı
idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın
inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin
həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası isə tarixi
ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycanın idman
siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər
idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer
tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata
keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman
Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş
ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman
imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam
həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının
inkişaf etdirilməsi, bu sahədə ümumxalq idman hərəkatının təşkil olunması
məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq
miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond
yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın
kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda
inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli
idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında
konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas
tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların
qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman
bazalarının, Olimpiya mərkəzlərinin tikilməsi, zəruri avadanlıqlarla təchizatı,
ölkə birinciliklərinin və idmançılarımızın beynəlxalq yarışlarda iştirakının
təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı
göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və
yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox
qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız
tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq
arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin
inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla
yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi
qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin
möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “İdman, bədən
tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan
bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir
Azərbaycanın
dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq
yarışlarda qalib adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət
bayrağı qaldırılır”.Ulu öndərimiz qeyd edirdi: “İdman kimi Azərbaycanın
müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Ulu Öndər
Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə
qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham
Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının
həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim
ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı
ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində
həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük
imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi,
Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı
addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı.
Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində
öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start
verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli
olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın
inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman
növlərini də əhatə edir. Prezident İlham Əliyev bu barədə deyib:
“Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər
hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun
illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya
idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə
də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman
şöhrətini ucaldır”. İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin
ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan
biri kimi təbliğati-siyasi məzmun kəsb edir.
Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan
uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman
komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi
kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki
uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident
İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha
da inkişafına böyük töhfələr verəcək.
Az
ə
rbaycan
Respublikas
ı
bu
g
ü
n
ö
z
tarixinin
ç
ox
şə
r
ə
fli
,
b
ö
y
ü
k
ir
ə
lil
ə
yi
ş
l
ə
r
,
inki
ş
af
v
ə
t
ə
r
ə
qqi
d
ö
vr
ü
n
ü
ya
ş
amaqdad
ı
r
. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi
çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Azərbaycan
Prezidenti İlham Əliyev
tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan
kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti
biz idmançıları yeni qələbələrə səsləyir.
