Müsahibimiz: “Aqrartikinti” Servis firmasının direktoru Bağır Muradov.
– Ba
ğ
ır müəllim, siz
ölkənin zəif inkişaf etmiş sektoru olan aqrar sahə ilə işləyirsiniz, işin
öhdəsindən gələ bilirsinizmi?
Rəhbərlik
etdiyim “Aqrartikinti” Servis firması “Aqrartikinti”
Səhmdar Cəmiyyətinin tabeçiliyindədir. Firmamız hər bir işi layiqincə yerinə
yetirir. Respublikanın müxtəlif regionlarında gördüyümüz işlər yüksək
keyfiyyətlə qəbul olunub. İndi bu dövr üçün, tələb əvvəlki illərdən tamamilə
fərqlənir. Hazırda görülən işlərdən yüksək keyfiyyət tələb olunur. Çünki məqsəd
birdir – ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatını daha da möhkəmləndirmək.
Bir neçə faktı diqqətə çatdırmaq istərdim. Dövlət başçımızın tapşırığına əsasən
respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə
səviyyəsini artırmaq məqsədi ilə regionda xeyli iş görmüşük. Bu məqsədlə Saatlı
rayonunda 4 min hektar sahənin suvarma sistemlərinin bərpası və yenidən
qurulması işlərini həyata keçirmişik. Həmin ərazilərdə quraşdırılmış yeni
suvarma qurğuları xarici ölkələrdən gətirilib və yüksək keyfiyyəti ilə diqqəti
cəlb edir. Zaqatala rayonunda yeni salınmış körpü də keyfiyyətinə görə müsbət
qarşılanıb. Goranboy rayonunda tikilmiş gips və karton kombinatı beynəlxalq
standartlara uyğun səviyyəli istehsal müəssisələrindəndir. Həmin kombinatı
“Gilan and Clauf” şirkəti tikib. Bu şirkət “Aqrartikinti” Servis
firmasına etimad göstərərək kombinatın bir sexinin tikintisini bizə həvalə
etmişdir. Almaniya kimi inkişaf etmiş bir dövlətin müştərək fəaliyyəti ilə
ərsəyə gələn kombinatın tikintisində bizim servis xidmətindən yararlanmaları
kollektivimizin gördüyü işin keyfiyyətindən irəli gəlir. Həmin kombinatda
yüksək keyfiyyətli məhsul istehsal ediləcək və yerli sakinlər işlə təmin
olunacaqlar. Qazax, Şəki, Qəbələ və digər rayonlarda gördüyümüz işlər də yüksək
keyiyyətlə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi
uğurlu islahatlar, qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində
saxlaması, iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində
atılan qətiyyətli addımlar ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını xeyli
sürətləndirib.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu
icrası beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin
yaradılmasına, çoxlu sayda iş yerlərinin açılmasına şərait yaradıb. Son yeddi
ildə 980 mindən çox yeni iş yerlərinin yaradılması dediklərimizi bir daha
təsdiqləyir. Azərbaycan Prezidenti ölkəyə rəhbərlik etdiyi ilk gündən əhalini
ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması üçün mühüm
əhəmiyyətli tədbirlər planı hazırladı və bu istiqamətdə düşünülmüş qərarlar
qəbul etdi. Dövlət başçımız hələ 2003-cü ilin sonlarında demişdir ki,
Azərbaycan üçün ən böyük problem işsizlikdir, məqsədimiz növbəti beş ildə
Azərbaycanda 600 min iş yeri açmaqdır. Prezident bu proqramın həm dövlət, həm də
özəl sektorlar tərəfindən görüləcək tədbirlərin nəticəsində həyata
keçirilməsini, ilk növbədə infrastrukturların, o cümlədən digər zəruri
obyektlərin, elektrik stansiyalarının və avtomobil yollarının tikintisini
sürətləndirməyi vurğulamışdır. Həmin vaxtdan həyata keçirilən tədbirlər
nəticəsində artıq
Azərbaycanın bütün
regionlarında tikinti-quraşdırma, yenidənqurma işləri geniş vüsət almış, hətta
MDB ölkələrində analoqu olmayan sənaye və istehsal müəssisələri yaradılmışdır.
Həmin müəssisələrdə ilk növbədə yerli sakinlər işlə təmin olunurlar. Bu da
işsizlik probleminin aradan qaldırılmasında qarşıya qoyulmuş vəzifələrin uğurla
icra olunmasından xəbər verir. Işlərimiz pis getmir, demək olar ki,
2010-2013-ci illər bizim firma üçün düşərli oldu. İndi hal-hazırda Gilan
Holdinqin zavodu tikilir. Bununla yanaşı, Goranboy rayonunda müasir suvarma
kommunikasiya sistemlərinin qurulması layihə həyata keçiririk. Həm də orada
Gilan Holdinqin alçiban istehsal edən zavodunu almanlarla birlikdə yenidən
qururuq. Tezliklə müasir tələblərə cavab verən tikinti materialları zavodu
təhfil veriləcək. Almanlar da işimizdən razıdırlar.

– Almanların iş prinsipi ilə
ayaqlaşa bilirsinizmi?
Almanlar bizdən çox razıdırlar.
Düzdür, əvvəllər sözümüz düz gəlmirdi, sonralar uyğunlaşıb dil tapdıq. Onu da
nəzərə alaq ki, biz 70
il
sovet rejimində işləmişik, indi həm zaman, həm də tələb dəyişib, texnologiyalar
inkişaf edib. Düzdür bəzi şeylərdə aramızda anlaşılmazlıqlar olurdu. Əvvəllər
biz orada 10 il türklərlə işləmişik,
sonradan isə almanlar gəldi və biz onlarla fərqli sistem üzrə işləməyə
başladıq. Onların iş prinsipi, əmək münasibətləri bizə yad idi, bir təhər yola
gedirdik. İndi şükür Allaha, qarşılıqlı münasibətlər, hörmət, təcrübə
mübadiləsi edirik, biz bilmədiklərimizi onlardan öyrənirik, onlar da bizdən.
Çünki yerli materiallar var ki, onlardan istifadə olunma
qaydaları almanlar üçün yaddır, çalışırıq ki, bunların hamısını yoluna qoyaq.
Şəhərdə bir-iki yerdə təmir-tikinti işləri
həyata keçiririk. Yeni ildən Balakən rayonunda suvarma sistemlərinin bərpası
layihəsini reallaşdırmaqla məşqul olacagıq. İşimizin qurulmasına,
reallaşdırdığımız layihələrin keyfiyyətinə və səmərəliliyinə söz ola bilməz,
indiyə qədər heç bir sifarişçidən narazılıq eşitməmişik.
– Bildiyimiz qədər, apardığınız
tikinti-quraşdırma işlərində qabaqcıl dünya təcrübəsinin Azərbaycanın aqrar
sektoruna gətirilməsinə səy göstərirsiniz. Daha çox hansı ölkənin təcrübəsinə
üstünlük verirsiniz?
Aqrar deyəndə, əvvəllər bizi kolxozçu kimi nəzərə alırdılar,
tanıyırdılar. Bunun da səbəbi vardı, yeni fəaliyyətə başlayanda xırda layihələr
həyata keçirirdik, hələ dərin təcrübəyə malik deyildik. Amma indi böyük
layihələr həyata keçirməyə başlamışıq, buna bizim hərtərəfli potensialımız var.
Qısa müddət ərzində dünya və Avropa səviyyəsinə çıxa bilmişik. Gördüyümüz
işlərin əksəriyyəti dünya və Avropa banklarının sifarişləri ilə yerinə
yetirilir. Bu baxımdan işlərimiz çox gözəl və yerli-yerində gedir. Bizi
bəyənirlər ki, bizə vəsait buraxırlar, bəyənməsələr vəsait buraxmazlar. Bizi
artıq bütün dünya tanıyır. Təbii ki, bu işləri qurub yaradan cənab prezidentin
rəhbərliyi altında fəaliyyət göstərən rəhbərimiz Ağalar Vəliyevdir. Amma
çatışmayan cəhətlərimiz də çoxdur. Tərifləməklə deyil ki, günbəgün işimizi
təkimilləşdirməyə çalışırıq. Məsələn, sovetlər dönəmində planlı təsərrüfat
sistemi hökm sürdüyündən hər bir idarənin iş planı var idi.
Buna
uyğun da hər idarənin spesifik iş strukturu var idi. İndi isə tenderdə hər
hansı bir layihəni udmaqla iş bitmir. Gərək o layihəni elə icra edib başa
çatdırasan ki, müştərilərin rəğbət və etibarını qazana biləsən. Əks halda,
gələn dəfə tenderdə mütləq uduzacaqsan. Bir sözlə indi daha çox elm və bacarıq
tələb olunur. O vaxt nə var idi işləməyə, bir maşınla işin öhdəsindən gəlmək
olurdu, indi isə çoxlu texnika tələb olunur. Bizim sovet texnikaları
(gülümsəyərək), indi heç bir işə yaramır.
– Sizcə,”Azəbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
qarşıya qoyduğu vəzifələrdən sizin üzərinizə düşənləri həyata keçirə
bilmisinizmi?
Bir
sözlə ifadə etməli olsam, bəli, biz işimizin ustasıyıq və üzərimizə
götürdüyümüz öhdəliklərin hamısını layiqincə yerinə yetirə bilmişik. Amma
ölkənin nailiyyətləri təkcə bizim uğurlarımızla məhdudlaşmır. Hazırda aqrar
sahədə aparılan yüksək səviyyəli işlər, kənd təsərrüfatının inkişafı dövlətin
diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Prezidentin tapşırığına
əsasən respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə
səviyyəsi getdikcə artırılır. Bu da yaxın gələcəkdə kənd təsərrüfatı
məhsullarının bolluğuna zəmin yaradacaq. Kənd təsərrüfatı məhsulları
istehsalına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi, bu sahənin
inkişafına xüsusi önəm göstərilməsi “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nda da öz əksini tapıb. Aqrar sahənin inkişafını daha da
sürətləndirmək məqsədi ilə investisiya layihələrinin reallaşdırılmasında
güzəştli kreditlərin verilməsinə xüsusi önəm verilir. Qürur hissi keçiririk ki,
bu sahədə bizim kollektivin də az da olsa zəhməti var. Hazırda Azərbaycanda
qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahənin inkişafı diqqət
mərkəzindədir. Bu sahədə yeni hədəflərin əsasının qoyulması, regional
proqramların yerinə yetirilməsi, kənddə həyat tərzinin müasirləşdirilməsi və
digər zəruri işlərin yerinə yetirilməsi ölkənin iqtisadi gücünün daha da
artırılmasına və həmçinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş
imkanlar açacaq. “Azərbaycan Respublikası regionlarının 2009 – 2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qarşıya qoyduğu
vəzifələrin uğurlu icrası prioritet məsələlərdəndir.
Məlumdur ki, bu Dövlət Proqramının əsas
vəzifəsi regionlarda beynəlxalq standartlara tam cavab verən yeni müəssisələrin
yaradılması, istehsal sahələrinin genişləndirilməsi, işsizlik probleminin
aradan qaldırılması və əhalinin ərzaq məhsuları ilə etibarlı təminatını
gücləndirməkdir. Bu istiqamətdə dövlətimizin başçısının yorulmaz fəaliyyəti
bizim də məsuliyyətimizi artı
r
ır. Çünki hamıya məlumdur ki, regionlarda tikilib istifadəyə
verilmiş obyektlərin açılışında möhtərəm Prezidentimiz şəxsən iştirak edir. Ona
görə də həmin obyektlərin yüksək keyfiyyətlə tikilməsi vacib şərtlərdəndir. Bu
gün respublikada həyata keçirilən siyasi strategiya hər birimizin ürəyincədir.
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, mövqelərinin getdikcə
möhkəmləndirilməsi gələcəkdə daha yüksək nailiyyətlər qazanılmasından xəbər
verir. Bu uğurlarda kollektivimizin az da olsa, zəhmət payı olmasından
fərəhlənir və qürur hissi keçiririk.
MEHRİBAN MƏMMƏDZADƏ
