Buz parçasının üstündə qalan 40 nəfər xilas edildi
Rusiyada qırılan buz parçası üzərindəki balıqçılar 28 və maşınla birlikdə sahildən uzaqlaşdı.
Rusiyanın
Xabarovsk
diyarında üzərində 40 nəfərin olduğu iri buz parçası qırılaraq sahildən uzaqlaşıb.42-ciparalel.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə
Vanino
limanındakı
Muçke
buxtasında baş verib. Məlumata görə, buzun üzərində qalan insanlar balıqçılardır. Onlarla yanaşı, 28 maşın da buz parçasının üstündə qalıb.
Hadisə yerinə yollanan xilasedicilər və yedəkçi gəmilərin vasitəsilə buz parçası üzərində qalan insanlara kömək edilərək sahilə qaytarılıb. Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi hələ yanvarın əvvəllərində balıqçılıqla məşğul olan əhaliyə buz qatının nazik olması ilə əlaqədar xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqda deyilirdi ki, Rusiya Federasiyası ərazisində çaylarda və su anbarlarında buzun qalınlığı hələ insanların təhlükəsizliyi üçün normal həddə çatmayıb.

Rusiyada qış fəslində buz qatı üzərində balıq tutmaq xüsusi məşğuliyyət sayılır.
İnsanların buz qatının üzərinə çıxması üçün onun qalınlığı 10 sm, yüngül texnika üçün 15 sm, ağır texnika üçünsə bu norma 25 sm olmalıdır.

Rusiya FHN-dən verilən məlumata görə, hər il yanvar ayı ərzində Rusiya ərazisində insan itkisi ilə nəticələnən 10-dan çox bu tip hadisələr qeydə alınır. Bu ilsə yanvarın 9-da
Krasnodar
diyarında da oxşar hadisə baş vermişdi. Buzun qırılması nəticəsində köməksiz qalan 100 nəfər xilas edilmişdi.

Qırılan buz üstündə qalan insanların xilas edilməsi
2005-ci ildən bəri insanların buz altında qalması ilə bağlı bədbəxt hadisələrin sayı Volqaətrafı regionda 30 faiz, Mərkəzi Rusiyada 28 faiz, Şimal-Qərb regionunda isə 15 faiz təşkil edib. Daha çox ölümlə nəticələnən hadisələrsə
Sibirdə
30 faiz olaraq qeydə alınıb. Göründüyü kimi, ruslar təhlükəli və riskli məşğuliyyət olmasına baxmayaraq uzun illərdən bəri buz üstündə balıqçılığa xüsusi həvəs göstərir. Bəzi insanlar bununla sırf əyləncə məqsədilə məşğul olursa, bir çox insanlar məhz gəlir əldə etmək üçün həyatlarını riskə atır. Amma hər bir halda, soyuq iqlimin hökm sürdüyü Rusiyanın hər tərəfində bu əyləncə və peşə qışı insanlara daha da sevdirir.
42-ciparalel.az