Search for:

Azərbaycanda vulkan püskürdü (FOTO, VİDEO)

Paylaş:


Vulkandan qalxan alovun hündürlüyü 60-70 metrdir.


Hacıqabulda

bu gün səhər saatlarında

palçıq vulkanı

püskürməyə başlayıb.


Bu barədə 42-ciparalel.az-a rayonun Udullu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində alovun hündürlüyü 60-70 metrə qədərdir: “Səhər saatlarında püskürməyə başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır. Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub”.







Püskürən vulkan


Kənd sakini hadisə barədə dərhal

Daxili İşlər Nazirliyinin

102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini deyib.


Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini düşünür.


42-ciparalel.az

Paylaş: