Search for:

Şiə alimin edamına etiraz edən 100 nəfər həbs edildi

Paylaş:


İranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum edildiyinə görə kütləvi həbs həyata keçirilib.


İranda


Səudiyyə Ərəbistanı

səfirliyinə hücum etdiyinə görə şübhəli bilinən 100 nəfər həbs olunub.


42-ciparalel.az-ın məlumatına görə, bu barədə ölkənin baş prokurorluğunun nümayəndəsi Hüseyn Mohseni məlumat verib.


O bildirib ki, tutulanların bəziləri sonradan azad edilib. Kütləvi həbsin təfərrüatları barədə detallı məlumat verilməyib.


Səudiyyə Ərəbistanının

Tehrandakı

səfirliyinə yanvarın 3-də gecə saatlarında hücum edilmişdi. Səfirliyin binası yandırılıb, içəridəki avadanlıqlar sındırılıb.


İki ölkə arasında gərginliyə səbəb şiə alimi

Nimr əl-Nimr

də daxil olmaqla Səudiyyə Ərəbistanında 47 nəfərin edam edilməsi olub. Edam edilənlər terrorçuluqda şübhəli bilinirdilər. Bundan sonra İranın paytaxtında kütləvi etiraz baş vermiş və bu ölkənin səfirliyinə hücum edilmişdi.







Nimr əl-Nimr – edam edilən şiə alimi







Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum


Daha sonra isə rəsmi

Ər-Riyad

Tehranla diplomatik əlaqələrini dayandırdığını elan edib. Ardınca isə Səudiyyə Ərəbistanı İranla hava və kommersiya əlaqəsini kəsib, vətəndaşlarına həmin ölkəyə getməyə qadağa qoyub. İransa buna cavab olaraq qarşı tərəfdən məhsulların gətirilməsini yasaqlayıb.


Belə görünür, İran səfirliyə hücum edənləri məsuliyyətə cəlb etməklə bu işdə müəyyən səhvə yol verdiyini etiraf etmək istəyir. Çünki adətən İranda həbslərlə bağlı məlumatlar gizli saxlanılır. Amma baş prokurorluğun 100 nəfərin həbsi ilə bağlı açıqlaması, yəqin, qonşu ölkə ilə olan soyuq münasibətin az da olsa mülayimləşməsinə hesablanıb. Hər halda bu yaxınlaşmanı hər iki dövlətlə strateji tərəfdaş olan, siyasi-iqtisadi münasibətlər quran ölkələr də istəyir. Çünki regionda iki güclü ölkənin, eyni zamanda sünni-şiə qarşıdurmasının olması heç kimə sərfəli deyil.

42-ciparalel.az

Paylaş: