Ramiz Mehdiyev sərəncam verdi



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

42-ciparalel.az xəbər verir ki, sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılır.

“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.


42-ciparalel.az

Əlaqədar Yazılar