Bakıda universitetin seyfini aparan tutuldu


Seyfdə 500 min manata yaxın pul olub.


Odlar Yurdu Universitetinin

içi pulla dolu seyfini aparan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin

mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, hadisə yanvarın 9-da baş verib.


Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub. ÅžÃ¼bhəli şəxs Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Oğurluğu həyata keçirənlər 4 nəfər olub. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.



42-ciparalel.az Nərimanov rayon Polis İdarəsinin məlumatına əsasən xəbər verir ki, içərisində 500 min manat olan seyf universitetin prorektoru Munir Vəliyevin otağından oğurlanıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, M.Vəliyev “Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur. Adıçəkilən Universitet 8 iyul 1996-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. 16 oktyabr 1996-cı ildə universitetə hüquqi şəxs statusu verilib.

42-ciparalel.az

Əlaqədar Yazılar