İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alındı.
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətində
Çin Xalq Respublikasının
“Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
42-ciparalel.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
Bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə
Azərbaycan
prezidenti
İlham Əliyev
7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik”.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
42-ciparalel.az
