İstanbula uçan təyyarədə bomba həyəcanı
THY-na məxsus təyyarədən 227 nəfər təxliyyə edildi.
Türk hava yollarına (THY)
məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.
42-ciparalel.az-ın “İrish Times” xəbər portalına istinadla verdiyi məlumata görə,
Hyuston
–
İstanbul
marşrutu ilə hərəkət edən
Boeing 777
təyyarəsi
İrlandiyanın
Şanon
hava limanında təcili eniş edib.
Təyyarənin uçuşu dayandırmasına səbəb hava gəmisində bomba olması şübhələri ilə bağlı olub. İlkin məlumata görə, təyyarədə partlayıcının olması ilə bağlı ismarış hava laynerinin göyərtəsində tapılıb.
Hyuston-İstanbul reysində sərnişin və ekipaj üzvləri daxil olmaqla 227 nəfər olub. Məlumata görə onlar hamısı təxliyyə olunublar.

İrlandiyanın Şanon hava limanı
Oxşar hadisə ötən ilin noyabrında baş verib.
Nyu-Yorkdan
Ankaraya
uçan “Türk Hava Yollarına” (THY) məxsus təyyarə göyərtəsində bomba xəbərdarlığı ilə əlaqədar
Kanadanın
“Halifaks” hava limanında təcili eniş edib.
Təyyarənin göyərtəsində olan 256 nəfər təcili olaraq təxliyyə edilib. Araşdırmalardan sonra müəyyən olunub ki, təyyarədə partlayıcı maddə olmayıb.

Halifaks hava limanının havadan görünüşü
42-ciparalel.az