Search for:

İlham Əliyev Poroşenko ilə görüşüb (FOTO)

Paylaş:


Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Davosda Azərbaycan prezidenti

İlham Əliyevin

Ukrayna Prezidenti

Petro Poroşenko

ilə görüşü olub.


42-ciparalel.az-ın məlumatına görə, görüşdə

Azərbaycan

ilə

Ukrayna

arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi.


Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olundu.


Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

















42-ciparalel.az

Paylaş: