İlham Əliyev Davos fəxri üzvlər klubunun nişanını aldı
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib. 42-ciparalel.az-ın məlumatına görə, dövlət başçısı
TOTAL
şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.
Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı
“Abşeron” qaz yatağının
işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Patrik Puyanne
Dövlət başçısının həmçinin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edildi, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulandı. Həmçinin
“İpək Yolu”
layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında müzakirələr olub.
Görüşdə Klaus Şvab
Dünya İqtisadi Forumunda
onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.
Prezident Klaus Şvab ilə
Davosda həmçinin İlham Əliyevlə
Gürcüstanın
Baş naziri
Giorgi Kvirikaşvili
arasında da görüş baş tutub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Söhbət zamanı əlaqələrin intensivləşdirilməsi, qarşıya çıxan məsələlərlə bağlı məsləhətləşmələrin aparılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
42-ciparalel.az