Şimali Koreya
spirtli içki sahəsində özünəməxsus inqilab edib. 42-ciparalel.az-ın məlumatına görə, hazırladıqları yeni içki tərkibində olan maddələr sayəsində insanın səhhətini korlamayacaq. Bu içkini qəbul edib yatan insanlarda sonradan baş ağrı və ürək bulanma kimi narahatlıqlar, yəni “paxmel” adlandırlan vəziyyət olmayacaq.
Ötən il
xərçən
,
Ebolaya
və
QİÇS-ə
çarə tapdığını bildirən bu ölkə indi də düyüdən hazırlanan bir içki ixtira edib. Dadı ilə seçilən bu içkinin hazırlanmasında yandırılmış düyüdən istifadə edilir.
“Koryo” adlanan içkinin hazırlanması və ərsəyə gəlməsi üçün uzun zaman tələb edilir.
Ötən il Kim Çen Inin himayəsi ilə Şimali koreyalı alimlər QİÇS, Ebola,
MERS-i
müalicə edə biləcək möcüzəvi bir dərman icad etdiklərini iddia edirdilər.
Onlar bu dərmanı
jenşen
bitkisindən və adlarını sadalamadıqları başqa maddələrdən hazırladıqlarını deyirdilər. Şimali Koreya dünyada ən çox jenşen bitkisi ixracatçılarından biridir.
42-ciparalel.az
