Search for:

Neftin qiyməti 50 dollar olacaq

Paylaş:


Bu proqnozu BP-nin Baş İcraçı direktoru Robert Dadli verib.

“İlin sonlarında neftin qiyməti 50 dollara qalxacaq”.


42-ciparalel.az-ın məlumatına görə, bu proqnozu

BP-nin

Baş İcraçı direktoru

Robert Dadli

deyib. O, bildirb ki, bu ilin ortalarında 30-40 dollaraq qalxan neftin qiyməti, ilin sonlarına doğru 50 dollar olacaq.


Hal-hazırda neftin qiymətinin ucuzlaşmasında

ABŞ



Çinin

böyük təsiri olduğunu vurğulayan direktor aprel və mart aylarında neftə olan tələbatın artacağını, bununda ilin ikinci yarısında neftin qiymətinə öz müsbət təsirini göstərəcəyini bildirib.







BP-nin Baş İcraçı direktoru Robert Dadli


Ötən ilin sonu neftin qiyməti haqqında ürək açan proqnozlardan birini

Rusiyanın

energetika naziri

Aleksandr Novak

verib.







Rusiyanın Energetika naziri Aleksandr Novak


Onun sözlərinə görə, gələn il “qara qızıl”ın qiymətində kəskin ucuzlaşma gözlənilmir. Baxmayaraq ki, hal-hazırda neftin qiyməti 27 dollara qədər enib o, bir barel neftin 20-25 dollara satılması qeyri-mümkün olduğunu bildirib.


O, həmçinin bazarda tələb-təklifin nəzərdən keçirilməsini və neft hasilatının maya dəyərini nəzərə almaqla bir barel neftin 50 dollara satılmasının ədalətli olacağını deyib.


Hazırda bazarlarda

“Brent”

markalı neftin qiyməti 27.81 dolara qədər enib.


“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam edərək, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 28.19 dollar olub.


“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1.09 dollar daha ucuzlaşaraq, 28.92 dollar təşkil edib.

42-ciparalel.az

Paylaş: