“Kurtlar Vadisi” daha bir rekorda imza atdı (VİDEO)
Filmin hər seriyası internetdə 4 milyondan çox izlənib.
13 ildir reytinq rekordları vuran, Azərbaycanda da böyük tamaşaçı kütləsinə sahib olan
Türkiyənin
“Kurtlar Vadisi”
serialı daha bir rekorda imza atıb. ANS PRESS-in məlumatına görə,
serial
internetdə izlənmə sayına görə rekordlar qırmaqdadır. Hər seriyasının internetdə 4 milyondan çox izləndiyi bildirilən serialın
“YouTube”
dakı rəsmi səhifəsi 2 milyondan çox istifadəçi tərəfindən izlənilir.
Bir müddət əvvəl serial öz zirvədəki yerini
Avropa liqasının
5-ci turu çərçivəsində qrup mərhələsində
“Fənərbaxça”nın
səfərdə
“Molde”
ilə qarşılaşması ilə oyun zamanı itirsə də, əvvəlki yerini bərpa etməyi bacarıb.

Necati Şaşmaz
Baş rollarını
Necati Şaşmaz
, Dəfnə Samyeli, Ərhan Ufak və Ərtan Sabanın canlandırdığı “Kurtlar Vadisi” 15 yanvar 2003-cü ildə “Show TV”də “Bu, bir dərin dövlət və mafiya serialıdır” şüarı ilə yayımlanmağa başlayıb.
Son seriyanın anonsu
“Kurtlar Vadisi” serialında Türkiyədəki mafiyalar, dövlət-mafiya əlaqələri, terror qruplaşmalarının Türkiyədəki fəaliyyətləri əsas mövzudur.
İzlənmə rekordları vuran və hazırda “Kurtlar Vadisi Pusu” adı ilə yayımlanan filmin “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Fələstin” kimi hissələri var.
42-ciparalel.az