Nüfuzlu səyahət dərgisi oxucularına Türkiyəyə, İstanbula gedin çağırışı edib.
ABŞ-da
nəşr olunan “Conde Nast Traveller” adlı nüfuzlu səyahət dərgisi oxucularına
Türkiyəyə
, İstanbula gedin çağırışı edib. 42-ciparalel.az-ın məlumatına görə, dərginin redaktoru Ketrin Laqrav bu istiqamətdə yazdığı “İstanbuldan gizlənməyin” adlı məqalədə qorxunun sadəcə terrorçuların hədəfinə boyun əymək olacağını qeyd edib.
”
İŞİD
İstanbula ölümcül zərbə endirdi, amma bu şəhərdən qaçmaq sadəcə vəziyyəti pisləşdirəcək.
İstanbul
böyük şəhərdir. Nə bu şəhərdə olmaqdan qorxaram, nə də ziyarət etməkdən çəkinərəm. İstanbulun əksər bölgələrinin tam təhlükəsiz olduğuna təminat verirəm. 2000 – 2014-cü illər arasında Türkiyəni ziyarət edənlərin sayı 200% çox olub. Bir ildə 40 milyona yaxın əcnəbi turist Türkiyəni ziyarət edib. Əgər qorxularımıza boyun əysək, terrorçuların, bir şəhərin bel bağladığı turizminə ziyan verməsi və şəhərin iqtisadi inkişafını zəiflətməsi hədəfinə də boyun əymiş olarıq. Qlobal dünya vətəndaşlığı anlayışını davam etdirərək bu çıxılmaz vəziyyət qarşısında öhdəmizə düşəni edərik.” – deyə Laqrav bildirib.
Yanvarın 12-də səhər saatlarında Türkiyənin İstanbul şəhərindəki tarixi
Sultan Əhməd Meydanında güclü partlayış
baş verib. Terakt nəticəsində Almaniya vətəndaşı olan 10 turist ölüb, 15 nəfər xəsarət alıb.
42-ciparalel.az
