Lənkəran rayon meşə idarəsinin direktoru Şakir Lətifov.
Milli
lider hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə
göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit
və hadisələr başlıca rol oynayır. 1969-cu ilin iyulundan ümummilli lider Heydər
Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın
oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapıb.
Əsl həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü
ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndər Azərbaycanda
rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli
məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən
səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti
illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni
vüsət alıb və formalaşmağa başlayıb. Ekoloji, sanitar-epidemioloji vəziyyət gərgin
xarakter daşıyırdı, yaşıllıqların sayı az idi. Yeri gəlmişkən ekologiyanın əsas
amillərindən biri də təbii bitki örtüyüdür. 1970-ci ilə qədər Bakı şəhərində 3
min hektara qədər yaşıllıq sahəsi mövcud olub. Ulu Öndər Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi 3 mindən
17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansının tənzimlənməsində
vacib roluna böyük önəm verən Ulu Öndərimiz hələ 1970-ci illərdə müxtəlif
çıxışlarında 20-ci əsrin sonuna qədər yaşıllıqların sahəsini 35-40 min hektara
çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdu.Heydər Əliyevin ekoloji
siyasəti bu gün uğurla davam etdirilir.O cümlədən çirklənmiş torpaqlar
rekultivasiy edilib. Sahələrdə meşələr və yaşıllıqlar salınıb, abadlaşdırma
işləri aparılıb və digər zəruri tədbirlər həyata keçirilib. Azərbaycanda
yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin
ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi
potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə
davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bu ənənə xalqımızın ümummilli
lideri Heydər Əliyev tərəfindən qoyulub. Göründüyü kimi Ulu Öndər Heydər
Əliyevin ətraf mühitin mühafizəsi sahəsində əsasını qoyduğu siyasət bu gün
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülmüş mühüm işlər ekologiya və
ətraf mühitin mühafizəsi sahəsində də yeni nailiyyətlərin əldə olunmasına
şərait yaradıb.
