Search for:

Bakıda jurnalistin evi qarət olundu

Paylaş:


Oğrular evdən qızıl-zinət əşyaları, nağd pul və bəzi qiymətli məişət cihazlarını aparıb.


Bakıda

jurnalistin evi qarət olunub. 42-ciparalel.az-ın məlumatına görə, hadisə

Xəzər

rayonu,

Binə

qəsəbəsində qeydə alınıb. “Azvision.az” saytının əməkdaşı Elvin Abdulqədirovun Binə qəsəbəsi, “Yeni yaşayış” massivində yerləşən evinə girən oğrular oradan qızıl-zinət əşyaları, nağd pul və bəzi qiymətli məişət cihazlarını aparıb.


Zərərçəkmişin sözlərinə görə, axşam saatlarında baş vermiş hadisə zamanı evdə heç kəs olmayıb. Həyət qapısının çöldən qıfılladığını və həyətdə işığın yanmadığını görən oğrular, hasardan keçməklə evin yan tərəfindəki plastik pəncərəni açıb və içəri daxil olublar. Bundan sonra evin bütün otaqlarını alt-üst edilib. Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və onun xanımının nişan üzüyünü də götürüblər.


Hadisə barədə xəbər tutan Elvin Abdulqədirov dərhal rayon polisini də məlumatlandırıb. Əraziyə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub və oğruların mənzildə buraxdıqları barmaq izlərinin əsasında müvafiq nümunələr götürülüb.


Məlumat üçün qeyd edək ki, bu, son günlərdə Binə qəsəbəsində qeydə alınmış ilk oğurluq faktı deyil. Son 10 gün ərzində qəsəbədə 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildirib.

42-ciparalel.az

Paylaş: