Search for:

ABŞ Azərbaycana qarşı sanksiyalar qəbul etməyəcək

Paylaş:


Bu barədə Helsinki komissiyasının sədri məlumat verib.



ABŞ-ın

Helsinki komissiyasının sədri

Kristofer Smitin


Azərbaycana

qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul olunmayacaq.


42-ciparalel.az-ın məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu nəşri

“Washington Post”

yazır. Məqalədə deyilir ki, Azərbaycana qarşı qadağalar bunlardan ibarət idi: Azərbaycan rəsmilərinə viza verilməsi, bank hesablarının dondurulması və digər sərt sanksiyalar. Müəllifin fikrincə, bu qanun layihəsinin qəbul edilməsi Azərbaycan və ABŞ arasında münasibətlərin tam kəsilməsi deməkdir.


Azərbaycan-ABŞ tərəfdaşlığı əsas üç strateji amillər üzərində qurulub. Bunlar aşağıdakılardır:


• Azərbaycanın Mərkəzi Asiyanı və Avropanı birləşdirən enerji tranzit məntəqəsi olması


• Bakının Gürcüstan və Ukraynanın suverenliyinin pozulmasına qarşı müqavimət göstərməsi


• Azərbaycanın ABŞ ilə terrorizmə və şiə radikallaşmasına qarşı mübarizədə həmrəyliyi


Yazıda qeyd olunur ki,

Türkmənistan

Transxəzər qaz kəmərinin tikintisini həyata keçirə bilsə, Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq:


“Bu qaz kəməri dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanı

Avropa İttifaqı

ilə birləşdirəcək və Bakını tranzit enerji şəbəkəsinin mərkəzinə çevirəcək. Çünki

Xəzər dənizindən

gələn sabit enerji axını

Avropanın


Rusiya

qazından asılılığını azaldacaq və İranın təsirini məhdudlaşdıracaq. Bu da ABŞ-ın müttəfiqlərini uzunmüddətli düşmənlərə qarşı gücləndirəcək”.





Kristofer Smit – ABŞ-ın Helsinki komissiyasının sədri


Azərbaycan həmçinin Qərblə birlikdə terrorizmə qarşı mübarizə aparır. 2011-ci ilin sentyabrından Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir. ABŞ-ın bir çox müttəfiqləri 2003-cü ildə

İraqda

müharibənin əleyhinə çıxsa da, Azərbaycan ABŞ təyyarələri üçün öz hava məkanından istifadəyə imkan yaradıb. Bu gün Azərbaycan

Əfqanıstanda

amerikalı hərbçilər üçün ərzaq, geyim və yanacağın üçdə bir hissəsini nəql edir. Bundan əlavə, Azərbaycan ABŞ-ın Xəzər hövzəsində terrorizmlə mübarizədə yeganə müttəfiqidir.


42-ciparalel.az

Paylaş: