Universitetə hücum: 7 nəfər öldürüldü


Pakistanın Hayber-Pahtunhva əyalətində silahlı şəxslər universitetə hücum edib.

Pakistanda


silahlı şəxslər universitet binasına hücum edib.



42-ciparalel.az-ın məlumatına görə, üç terrorçu Pakistanın şimal-qərb hissəsində yerləşən


Hayber-Pahtunhva


əyalətinin


Çarsadda


şəhərindəki universitetə basqın edib.

Hadisə yerində iki partlayışın baş verdiyi bildirilir. Məlumata görə, hücum edənlər auditoriyalara, yataqxanaya daxil olaraq müəllimlərə və tələbələrə atəş açıblar.




Universitetin binasından çıxmağı bacaran bir müəllim bildirib ki, “orda nə baş verdiyini başa düşmədim, amma təhlükəsizlik xidməti əməkdaşının sözlərini eşitdim ki, çoxlu yaralı və ölü var”.




Hücum nəticəsində ən azı 50 nəfərin yaralandığı deyilir. Onlardan vəziyyəti ağır olanlar var. Hələlik ölənlərin sayı açıqlanmır.




Polis hücum edənlərdən ikisinin öldürüldüyünü bildirib. Terror hücumu nəticəsində isə 7 nəfərin öldüyü bildirilir. Ölənlərdən birinin universitetin professoru Həmid Hüseyn olduğu deyilir. Ölənlərin sayının artacağı istisna edilmir. Artıq terror hücumuna görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.




Yanvarın 19-da da Pakistanın şimal-qərbində terrorçu-kamikadzenin yol keçidində törətdiyi partlayış nəticəsində 5 nəfər ölmüş, 20-dən çox adam yaralanmışdı.




Taliban terror təşkilatı 2014-cü ilin dekabr ayında da Hayber-Pahtunhva əyalətinin digər şəhərində –


Pişəvərdəki


məktəbə hücum edərək uşaqlar və müəllimlər də daxil olmaqla 148 pakistanlını qətlə yetirmişdi.









Pişəvərdə terror hadisəsi

42-ciparalel.az

Əlaqədar Yazılar