Leyla Əliyeva qocalarla bir arada (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti müharibə və əmək əlilləri ilə nahar edib.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Bakının
Bilgəh
qəsəbəsindəki
müharibə və əmək əlilləri üçün pansionatda
olub. L.Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Fondun vitse-prezidenti pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər
Heydər Əliyev
bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı
Mehriban Əliyevanın
iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.
L.Əliyeva pansionat sakinləri ilə söhbət edir.
Leyla Əliyeva
pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib. Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın yazdığı şeirlərini Leyla Əliyevaya oxuması olub.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansağlığı və uğurlar arzulayıb.
Fondun vitse-prezidenti yaşlılarla rəqs edir.
Leyla Əliyeva pansionatdakı şəraitlə tanış olur.
42-ciparalel.az