Search for:
  • Ana səhifə/
  • İdman/
  • Bakıdakı “Formula 1″ə ən çox bilet alan ölkə açıqlandı (VİDEO)

Bakıdakı “Formula 1″ə ən çox bilet alan ölkə açıqlandı (VİDEO)

Paylaş:


Xarici auditoriya üçün nəzərdə tutulmuş biletlərin 65 faizi sahibini tapıb.

Bakının


ev sahibliyi edəcəyi


Formula 1


yarışının Avropa Qran Prisinə onlayn


bilet satışı


artıq 1 aydır ki, davam edir.




42-ciparalel.az-ın məlumatına görə, bu müddət ərzində xarici auditoriya üçün nəzərdə tutulmuş biletlərin 65 faizi sahibini tapıb. Bəs bu siyahıda hansı ölkələr üstünlük təşkil edir? R


usiya


,


Qazaxıstan


,


İngiltərə


,


Hollandiya


,


İspaniya


,


Türkiyə





Kanada


kimi ölkələrin də adı bu sıradadır.


Biletlərin dəyərinə gəlincə yarışın kommersiya direktorunun sözlərinə görə, qiymətlər xarici bazarda dollarla tənzimlənir. Daxildə isə bu proses manatla həyata keçiriləcək. Qiymətlər biletlərin yerlərinə və növlərinə görə dəyişəcək. Yəni 1 günlük və 3 günlük biletlər olacaq ki, bunların da ən ucuzu ayaqüstü yerlər üçün nəzərdə tutulub:




“Bir günlük ayaqüstü biletlər 29 manatdan başlayır. Amma həftəsonu biletləri isə 130 manatdır. Ən bahalı bilet isə 700 manatdan yuxarıdır”.




Yarışı canlı olaraq həm ayaqüstü, həm də tribunalardan ümumilikdə 40 minədək tamaşaçı izləyə biləcək.




2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyun 2015-ci ildə keçirilməsi nəzərdə tutulub.




3 günlük biletlər Formula 1 ™ Məşq sessiyalarına, təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək.




Bakı şəhər halqasında pilotlar


Azadlıq meydanından


start götürərək


Neftçilər prospekti


,


Dənizkənarı Bulvar





Qız Qalası


ilə yanaşı şəhərin əsas mərkəzi hissələrindən keçməklə 20 dövrə ərzində 6 km məsafə qət edəcəklər.


42-ciparalel.az

Paylaş: