Ziyad Səmədzadə: “Xərcləri azaltmalıyıq”
Deputat Azərbaycanın neftə görə valyuta ehtiyatlarının bir hissəsini itirdiyini deyib.
“Çox güman ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq”. ANS PRESS-in məlumatına görə, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Ziyad Səmədzadə
Milli Məclisin
bu gün keçirilən növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadi planlara yenidən baxmağı zəruri edir. Z.Səmədzadə deyib ki, neftin qiymətinin düşməsi ilə bağlı valyuta ehtiyatlarının bir hissəsi itirilib.
“Bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Ancaq bu valyuta ehtiyatlarını birdən-birə xərcləmək olmaz. Ehtiyatlar səmərəli şəkildə istifadə olunmalıdır. İqtisadi planları, xərcləri dəqiqləşdirməli, cari xərcləri azaltmalıyıq”.
Millət vəkili deyib ki, parlamentdə müzakirəyə çıxarılan qanun layihələri əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.
Dünya bazarlarında neftin qiyməti son bir ildə 28 dollara kimi düşüb. Bu gün “Brent” markalı neftin qiyməti 2 dollara yaxın ucuzlaşaraq 29.10 dollar olub. “Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 29.56 dollarda qərarlaşıb.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollar təşkil edib.

Mənbə: Bloomberg
Azərbaycan
Mərkəzi Bankın
(AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə
üzən məzənnə rejiminə
keçid edib. Bu qərar nəticəsində
manatın
məzənnəsi sürətlə ucuzlaşıb.
42-ciparalel.az