XİN Rusiya Mason Lojasının Ali ustadının adını “qara siyahı”dan çıxardı
Qarabağa səfər edən Andrey Boqdanov özü Azərbaycana müraciət edib.
Azərbaycanın
işğal edilən torpaqlarına qanunsuz səfər edən
Rusiya
vətəndaşının adı XİN-in
“arzuolunmaz şəxslər”
siyahısından çıxarılıb.
XİN
mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, Kommunist Sosial Ədalət Partiyasının sədri, Rusiya Böyük
Mason
Lojasının Ali ustadı
Andrey Boqdanov
Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda A.Boqdanov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, A.Boqdanov
Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. A.Boqdanov həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
A.Boqdanovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
42-ciparalel.az