“Rusiya öz vətəndaşını cəzalandırır”
Mövlüd Çavuşoğlu Rusiya ilə ölkəsi arasında olan gərginliyi dəyərləndirib.
Türkiyənin
xarici işlər naziri Mövlüd Çavuşoğlu
Rusiya
ilə ölkəsi arasında olan gərginliyi dəyərləndirib.
42-ciparalel.az-ın məlumatına görə, Rusiyanın emosianal reaksiyalar verdiyini deyən
Çavuşoğlu
Türkiyənin öz haqlı mövqeyindən güzəştə getməyəcəyini vurğulayıb.
“Bəziləri buna ciddi, bəziləri isə müvəqqəti böhran deyir. Elə və ya belə problem var. Bu problemin həlli üçün Türkiyənin kamil bir dövlət kimi hərəkət etdiyini siz və bütün dünya gördü. Rusiya isə emosianal reaksiyalar göstərdi. Biz haqlı mövqeyimizdən güzəştə getmədik. Amma biz Rusiya və ya başqa ölkələrlə münasibətlərimizi pozmaq tərəfdarı deyilik. Rusiyanın da emosianal reaksiyaları azalıb. İndi daha düşünülmüş addımlar atırıq və bu prosesin öhdəsindən gəlməyə çalışırıq. Ama bu bir tərəfli olmaz. Rusiyadan da anlayış gözləyirik.”
Türkiyənin baş diplomatı ölkələr arasındakı anlayış fərqinin xalqlara qarşı mövqedə də özünü göstərdiyini bildirib.”Bizim anlayış fərqimiz xalqlara qarşı mövqeyimizdə də özünü göstərdi. Heç bir rus vətəndaşa qarşı ən kiçik bir mənfi mövqeyimiz olmadı. Ona görə də bu millətlə fəxr edirik. Baş verənlərin fermerlərimizə mənfi təsiri oldu. Biz Rusiyadan geri qayıdan malların 75%-ni fermerə ödədik. İxracata yönəlmiş təşviq və dəstək barədə addımlarımızı atdıq.” Baş verənlərin turizmə də mənfi təsirləri olduğunu deyən Türkiyə XİN rəhbəri rusların Türkiyəyə gəlmək istədiyini vurğulayıb.”Bəli, baş verənlərin turizm sahəsinə də təsirləri oldu və bu, 2016-cı ildə də davam edəcək. Bu səbəbdən də bəzi tədbirlər gördük. Amma deyim ki, Rusiyanın verdiyi qərar öz vətəndsaşını cəzalandırmaqdır. Başqa bir ölkənin daxili işlərinə qarışmaq hüququna sahib deyilik. Amma haqqlı bir hal var ki, onu da qeyd etməliyik. Çünki Rusiya vətəndaşları Türkiyəyə gəlmək istəyir. Rusiyaya qayıtdığı zaman Türkiyədə gördüyü insanı münasibət üçün darıxır.” Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24ӟn pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
42-ciparalel.az