Dağıstan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqamadova bildirib ki, pnevmnoniya xəstəliyindən ölən 5 nəfərdə donuz qripi aşkarlanıb.
42-ciparalel.az agentliyinin məlumatına görə, Dağıstanmda donuz qripindən ölənlərin biri uşaqdır. Təhlükəli virusun qurbanlarının 4-ü Mahaçqala, 1-i isə İzberbaş şəhər sakinidir.
Zarina Aqamadovanın verdiyi xəbərə əsasən, dekabrın 1-dən bu günə kimi Dağıstanda 68 nəfərdə donuz qripinə yoluxma halları qeydə alınıb.
42-ciparalel.az
