Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun tədbirində iştirak edəcək
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov
NATO
-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyasına töhfə verən qeyri-
NATO
ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Müdafiə Nazirliyi
nin mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.
42-ciparalel.az