Search for:

XİN İran haqda bəyanat yaydı

Paylaş:


“Biz bunun həyata keçirilməsini alqışlayırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi

İran

və altılıq ölkələri ilə bağlı bəyanat yayıb. XİN-dən 42-ciparalel.az-a verilən məlumata görə, bəyanatda Azərbaycan altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.


“Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik.


Biz həmçinin bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.


İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sanksiyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi

Con Kerri


elan edib.

Sanksiyaların ləğvini

Beynəlxalq Atom Enerjisi Agentliyinin

(BAEA) təsdiq edib. Bununla da rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün razılaşmaları yerinə yetirib.


Razılaşma İranla

Altılıq

ölkələri arasında 14 iyulda əldə olunub. İran və dünyanın altı dövləti – ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsa da prezident Barak Obama razılaşmanın lehinə addımlar atdı. Nəticədə isə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.







Sanksiyaların ləğvindən sonra İran iqtisadiyyatının bir neçə dəfə güclənəcəyi proqnozlaşdırılır


Həmçinin oxuyun:



Ruhani:”İran tarixində qızıl səhifə açıldı”






İranın neft ixracının Azərbaycana təsiri






İran sürətlə dünyaya inteqrasiyaya başlayır






Nəhayət ki, ABŞ İran qərarını verdi


42-ciparalel.az

Paylaş: