Search for:

Rusiya AŞPA-da iştirakdan imtina etdi

Paylaş:


İmtinaya səbəb Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar tətbiq etməsidir.


Rusiya

nümayəndə heyəti yanvarın 25-də

AŞPA

-nın Strasburqda keçiriləcək qış sessiyasında iştirak etməyəcək. Bu barədə açıqlamanı

Rusiya Dövlət Dumasının

komitə sədri və

MDB

Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutsk yayıb.


42-ciparalel.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə , hazırda Rusiya Dövlət Duması sessiyada iştirakdan imtina ilə bağlı rəsmi məktub hazırlayır.


“Hazırda Rusiya parlamentinin spikeri tərəfindən imzalanmış məktub AŞPA-nın rəhbəri Anne Brasseurə göndərilir. Məktubda Rusiya tərəfinin yanvar sessiyasında iştirak etməyəcəyi bəyan olunub.”







Leonid Slutsk -Rusiya Dövlət Dumasının komitə sədri


Bəyanatda o da bildirilir ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.


“Biz

Strasburqa

növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik. Təşkilatda tamhüquqlu iştirakımız mümkün olduqda, biz AŞPA-ya qayıdacağıq.” -bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilir.


Rusiyanın AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələri hələ yanvarın 15-də keçirilib. Rusiya tərəfinin bu addımı atmasına səbəb isə Avropa İttifaqının onlara qarşı sanksiyalar tətbiq etməsidir.


Bu barədə hələ ötən il Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov açıqlama vermişdir.







Aleksey Puşkov – Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri

42-ciparalel.az

Paylaş: