Search for:

Hillari Klinton: “Putin çox dikbaş adamdır”

Paylaş:

Prezidentliyə namizəd ABŞ və Avropanı Putinə qarşı birləşməyə çağırıb.




ABŞ

prezidentliyinə namizəd

Hillari Klinton


Rusiya

prezidenti

Vladimir Putin

ilə danışıqlardan narazı qalıb.


42-ciparalel.az məlumatına görə, Klinton bu barədə Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədlərlə debatlar zamanı etiraf edib. Hillari bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə danışıqları çətin olub. Prezidentliyə namizəd onu “davakar” kimi xarakterizə edib.


“Əslində, bizim münasibətlərimiz həmişə hörmətə bağlı olub. Baxmayaraq ki, bizim bir-birimiz ilə iş əməkdaşlığımız çətin olub. Mən bilirəm ki, Putin elə adamlardandır ki, həmişə öz bildiyini edir.







Vladimir Putin – Rusiya prezidenti


Danışıqlıqlar zamanı xanım Klinton Rusiya liderini “dikbaş” adlandıraraq, “istədiyini əldə etməyənədək hər şeyi əldən ala biləcək” bir adam kimi təqdim edib.


Bundan başqa, prezidentliyə namizəd ABŞ-ın

Avropa

ölkələri ilə birlikdə hərəkət etməsinin tərəfdarı olduğunu deyib. O,

Krım



Donbasdakı

hadisələrlə əlaqədar Rusiyaya qarşı

Avropa İttifaqının

sanksiyalar irəli sürməsindən sevindiyini bildirib.







Krım Donbas


Hillari Klinton onu da əlavə edib ki, ABŞ və Avropa birlikdə olub Putinin nə Avropa, nə də

Yaxın Şərqdə

aqressiv mövqe tutmağına icazə verməməliyik.




Əslində, Rusiya prezidenti haqqında xoşgəlməz sözləri ötən il dekabr ayının sonunda da ABŞ prezidentliyinə namizəd

Ceb Buş

da söyləyib.


“Biz dünyada təsirimizi itiririk, Putin isə onları yığır. O, müttəfiq deyil. O, əsl diktatordur. O, dələduzdur”, – deyə siyasətçi bildirib.








Ceb Buş – prezidentliyə namizəd

42-ciparalel.az

Paylaş: