Ruhani:”İran tarixində qızıl səhifə açıldı”
Prezident İran xalqını təbrik edib.
İran
prezidenti
Həsən Ruhani
sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib.Ruhanı nüvə sazişini “İranın tarixində qızıl səhifə” adlandırıb.
42-ciparalel.azməlumatına görə, bunu prezident iqtisadi sanksiyaların ləğvi ilə bağlı həmyerlilərinin qarşısında çıxışı zamanı deyib.
“Mən bu qələbə münasibəti ilə İran xalqını təbrik edirəm. Bu saziş ölkənin iqtisadi inkişafında “dönüş nöqtəsi”dir”. Mən hesab edirəm ki, bu razılaşma milli özünə əminliyi artıracaq” – deyə prezident bildirib.
İran prezidenti qeyd edib ki, nüvə problemi üzrə beynəlxalq vasitəçilərin (
Çin
,
Fransa
,
Almaniya
,
Rusiya
,
Böyük Britaniya
və
ABŞ
) Tehranla razılaşmasını müsbət qarşılayır.

Həsən Ruhani – İran prezidenti
İranın xarici işlər naziri
Məhəmməd Cavad Zərif
Venyana danışıqların nəticəsi ilə bağlı mətbuat konfransı keçirib. O, bildirib ki, nüvə razılaşmasında bütün tərəflərinin maraqlarını nəzərə alır, həmçinin bu imzalanma regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
“Danışıqlarda iştirak edən bütün tərəflər nüvə razılaşmasının tarixi olduğuna inanırlar. Bu razılaşma dünyanın sabitliyinə və təhlükəsizliyini təminat verəcək. Biz siyasi iradə ortaya qoyaraq effektiv razılaşmanı imzalaya bildir”.
İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sankisyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi
Con Kerri
elan edib.
Sanksiyaların ləğvini
Beynəlxalq Atom Enerjisi Agentliyinin
(BAEA) təsdiq edib. Bununlada rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün razılaşmaları yerinə yetirib.
Razılaşma İranla
Altılıq
ölkələri arasında 14 iyulda ələdə olunub. İran və dünyanın altı dövləti – ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsada prezident Barak Obama razılaşmanın lehinə addımlar atdı. Nəticədə isə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.
42-ciparalel.az