Search for:

“Azercell”dən kondisioner oğurladı

Paylaş:


“Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb.

42-ciparalel.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub.




Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib.



42-ciparalel.az

Paylaş: