Yeni rabitə naziri təyin edildi
Nazir postuna Ramin Namiq oğlu Quluzadə təyin edilib.
Azərbaycana yeni rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bu barədə prezident İlham Əliyev sərəncam verib.
42-ciparalel.az-ın məlumatına görə, dövlət başçısının sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Ramin Quluzadə ötən ilin noyabr ayının 25-də prezident İlham Əliyevin sərəncamı ilə
Rabitə və yüksək texnologiyalar
nazirinin birinci müavini təyin olunub.
Həmin gün
İlham Əliyevin
sərəncamı ilə birinci müavin vəzifəsinə təyin edilən Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
Bundan öncə adıçəkilən qurumda nazir vəzifələrini birinci müavin olan İltimas Məmmədov icra edib.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə
Heydər Əliyev Fondunda
çalışıb.
Ramin Quluzadə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə
“Tərəqqi”
medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə
Azərbaycan Dövlət İqtisad Universitetini
magistr dərəcəsi ilə bitirib.
Müstəqil Azərbaycanın ilk rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də Prezidentin sərəncamı ilə vəzifəsindən
azad edilib
.
Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub. Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Əli Abbasov – keçmiş nazir
42-ciparalel.az