Sabah Azərbaycanda 200 milyon dollar hərraca çıxarılacaq
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ildə valyuta satışını davam etdirir. Fond yanvarın 15-də Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə növbəti hərrac təşkil edəcək.
42-ciparalel.az məlumatına görə, ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.
Dövlət Neft Fondu il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.
42-ciparalel.az