Search for:

Çin ABŞ-dan xam neftin ilk partiyasını aldı

Paylaş:

Bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verib.


“O, neftin növü, neftin qiyməti və tədarükün detalları barəsində informasiya verməyib”, – deyə Reuters yazıb.


“Amerika neftinin ixracı dünya bazarı üçün pozitiv xəbərdir və Asiya-Sakit Okean regionun öz ehtiyatlarını şaxələndirməyə imkan verir”, – deyə mənbə əlavə edib.


Treyderlər qeyd edirlər ki, neftin cari dünya qiymətləri nəzərə alınsa, ixrac ABŞ-a əlavə mənfəət gətirməyəcək.


Qeyd edək ki, China Petroleum and Chemical Corporation (Sinopec) şirkəti Çində PetroChina şirkətindən sonra ən böyük enerji şirkətidir. Şirkət neft və qazın geoloji kəşfiyyatı, emalı, neft-kimya, neft və qazın nəql edilməsi ilə məşğul olur.




Xatırladaq ki, ABŞ prezidenti Barak Obama son 40 ildə ilk dəfə olaraq bu ölkədə neft ixracına qadağanı ləğv edib.
42-ciparalel.az

Paylaş: