Televiziya kanalları bu müğənnilərə qadağa qoyub – SİYAHI
Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir.
42-ciparalel.az-ın məlumatına görə, bəlli olub ki, bəzi tanınmış sənətçilərin müəyyən telekanallara çıxışına icazə verilmir.
Xalq artisti Nazpəri Dostəliyeva
bu siyahıda ilk yeri tutur. Müğənni bir müddət öncə mətbuata açıqlamasında da bildirmişdi ki, ANS və “Region” TV-dən başqa heç bir kanalda çıxışına icazə verilmir.
Xalq artisti Flora Kərimovaya
isə “Space” telekanalında efir qadağası var.
Xalq artisti Brilliant Dadaşova
“Lider” TV-də qadağa ilə üzləşib.
Əməkdar artist Röya
ilə ANS telekanalı arasında ədavət yaşanır. Bu səbəbdən artıq uzun müddətdir ANS-də Röyanı görmək mümkün deyil.
Müğənni Roza Zərgərli
ATV-də “qadağan olunmuşlar” siyahısındadır.
Müğənni Ayan Babakişiyevanın
da bir neçə telekanala çıxışına icazə verilmir. ATV, “Space” və ANS onun adını “qara siyahı”ya salıb.
Müğənni-bəstəkar Elçin Cəfərovun
da ATV-də görünməyi yasaqlanıb.
Müğənni Elnarə Xəlilova
da ATV və ANS-də “zapret”də olan sənətçilər siyahısındadır.
Müğənni Natavan Həbibi
isə ANS-də “qadağan olunub”.
Rəqqasə Oksana Rəsulovanın
da ANS-ə çıxışına icazə verilmir.
“Bu şəhərdə” aktyorları Rəfael və Coşqun
da ANS-də qadağaya məruz qalıblar.
Müğənni Aslan Hüseynovun
isə AzTV-də çıxışına qadağa qoyulub.
Müğənni Nura Suri
“Space”də “qadağan olunmuşlar” siyahısındadır.
Sevil və Sevinc bacılarının
da ATV-də görünməyinə “qadağa” var. Bu, onların rəqib telekanalda – “Xəzər” TV-də aparıcılıq etməsi ilə bağlıdır.
“Bakılı oğlanlar” komandası
da bir müddət öncə açıqlamalarında bütün telekanallarda qadağa ilə üzləşdiklərini bildiriblər.
42-ciparalel.az