Eks prezidentin “oğlu” Obamanın evini qarət etmək istədi (FOTO)
Oğrunun “anası” isə aktrisa Merilin Monrodur.
Vaşinqtonda
Barak Obamanın
itini oğurlamaq istəyən şəxsi həbs ediblər.
42-ciparalel.az-ın məlumatına görə, 49 yaşlı Skot Stokert
ABŞ
prezidenti Barak Obamanın
Portuqaliya
cinsindən olan Bo adlı iti ilə maraqlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot “Hampton Inn” otelinə daxil olan zaman tutulub.
O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisa
Merilin Monro
və ABŞ-ın 35-ci prezidenti
Con Kennedidir
. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib.
Bo və Barak Obamanın qızı
Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və
maçeta
aşkar ediblər.
ABŞ prezidenti Barak Obamanın ailəsi və Bo
Bo adlı it
Ağ evdə
2009-ci ildən yaşamağa başlayıb. İt “Bo, amerikalı baş komandan cilovda” kitabının qəhrəmanı da olub. 2013-cü ildə ailə Bo kimi eyni cinsdə olan daha bir iti saxlamağa başlayıb. Heyvanın adını Sanni qoyublar.
42-ciparalel.az