Dünyanın ən seksual qadınının sirri açıldı
Ulduz müğənni ağır iş qrafik olduğu üçün gün ərzində 10 saat yatır.
46 yaşlı seksual müğənni
Cenifer Lopez
gözəl görünməyinin sirrini açıqladı.
42-ciparalel.az-ın məlumatına görə, Cey Lo uzun müddət möhtəşəm bədən quruluşuna sahib olmasının səbəbi kimi idman, keyfiyyətli qida və alkoqoldan imtina olduğunu deyib:
“Mən spirtli içki içmirəm, siqaret çəkmirəm və kofein qəbul etmirəm. İllər keçdikçə sizin dəriniz sözün əsl mənasında dağılır. Mən tez-tez günəş vannası qəbul etmirəm. Əgər qəbul etsəm belə günəşdən müdafiə kremlərdən istifadə edirəm. Mən günəş altında çox olmuram, onun üçün də dərim əla vəziyyətdədir. Çoxlu göy-göyərti, tərəvəz, kələm, qulançar, brüssel kələm və ağ kələm yeyirəm”.

Cennifer Lopes 1969-cu il iyulun 24-də Cənubi
Bronksda
doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopes Puerto-Rikodan gəlmiş mühacirlər olublar. İfaçı 4 dəfə evli olub. Müğənnin
Paffi Deddi
ilə evliliyi çox uğursuz olub. Onlar qısa müddətdən sonra ayrılıb.
Cenifer Lopez və Kasper Smart
Ceniferin yeni sevgilisi
Kasper Smart
Lopezdən 18 yaş kiçikdir. Onlar 2014-cü ildə görüşməyə başlayıblar.
42-ciparalel.az