Search for:

Plagiat çıxan mahnılarımız… – Video

Paylaş:



Bir neçə gün bundan əvvəl əməkdar artist Röya Ayxanın məşhur “Kesin bilgi” mahnısının plagiat olması ölkə gündəmi və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

42-ciparalel.az-ın məlumatına görə, sözləri və musiqisi Gülşənə və aranjemanı Ozan Çolakoğluna aid olan mahnını 2010-cu ildə Rumıniyanın məşhur müğənnisi Mattyas səsləndirib, “Missiying you” adlanır.

Azərbaycanda tez-tez rastlaşdığımız plagiat məsələsinə bu dəfə türkiyəli söz və musiqi yazarı, aranjemançısı əl atıb.




Müğənni Röya Ayxan məsələyə münasibət bildirməsə də əməkdar artistin mətbuat katibi


Türkan Məmmədli
42-ciparalel.az-a açıqlama verib:

“Bİz boş söz-söhbətlərə vaxt ayırmırıq. Camaat fəxri ad alanda yatmağa başlayır. Bizim işlərimiz isə birə- beş artıb. Bu il bizimdi, onu belə xırda məsələlərə həsr etmək istyəmirik”.

Qeyd edək ki,


Röya
nın


Xəyyam Nisanov
la səsləndirdiyi “Sənə ehtiyacım var” mahnısı plagiat olması ilə gündəmi zəbt etmişdi.



“Sənə ehtiyacım var” mahnısının da xalq artisti


Brilliant Dadaşova
nın ifa etdiyi “Apar məni” bəstəsinin plagiatı olduğu iddia olunurdu.

Məsələ ilə bağlı mahnının müəllifi Murad Arif bunun ağ yalan olduğunu, hec 3 notun belə üst-üstə düşmədiyini açıqlamışdı.

Maraqlıdır ki,


Murad Arif
in başı tək bu mahnı ilə ağrımayıb. Bəstəkarın müğənni


Xəyyam Nisanov
üçün hazırladığı “İstanbul” mahnısının İraklinin “London Parij” musiqi əsərindən oğurladığı iddia edilmişdi.





Mətbuatda bəstəkar-müğənninin “plagiat” xəbərləri bununla bitmədi. Müğənnilik eşqinə düşən


Murad Arif
in ifa etdiyi “İnşallah” mahnısı türkiyəli müğənni


Atılla Taş
ın “Ham çökelek” və Yunanıstanı “Eurovision-2010″da təmsil edən


Giorgos Alkaios
un “Oppa” mahnılarının plagiatı olduğu irəli sürüldü.







Murad Arif
ə qarşı irəli sürülən ittihamlar bununla bitmədi. Aparıcı-müğənninin bəstələdiyi “Yeganə” mahnısı Eldar Mansurovun “Taleyin oyunları” adlı əsərdən götürüldüyü deyildi.


“Mahnılar bir-birinə çox oxşayır. Nə deyim? Cavan adamdır, düşünüb ki, belə yazmalıdır. Mənim tələbəm olsaydı, ona öz yolunu tutmalı olduğunu deyərdim. Amma bu gün xalq özü hər şeyi müəyyən etmək iqtidarındadır. Özü bilər, Allahı bilər”.

Murad Arif isə “Taleyin oyunu” mahnısı ilə tanış olmadığını bildirmişdi.





Bəstəkar qeyd edib ki, mahnılar arasında müəyyən qədər oxşarlıq var, lakin plagiat dərəcəsində deyil.

Plagiatda adı hallanan müğənnilər sırasında


Sevil-Sevinc
bacıları da var. Əkizlərin partlayışa səbəb olan “De hardasan” mahnısı Jannat Mahidin “Esma kalami”nin plagiatı olduğu irəli sürülmüşdü.




Azərbaycanlı müğənni


Niyam Salami
nin ifa etdiyi “Yenə mənsiz” adlı mahnının plagiat olduğu məlum olub.

Müğənnin ifa etdiyi bəstəni illər öncə Azərbaycan əsilli İran müğənnisi Ququş ifa edibmiş. Niyam məsələyə münasibət bildirərkən mahnının plagiat olduğunu təsdiqləyib.


42-ciparalel.az

Paylaş: