Ərdoğan və Putin Qarabağ üçün döyüşəcək
“Danışıqlar uğursuz olsa, hərbi əməliyyatların başlayacağını gözləmək olar”.
2016-cı ildə
Rusiya
və
Türkiyə
Qafqazda
təsirini artırmaq üçün mübarizə aparacaq. Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsir etməyə çalışacaqlar”.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə
ABŞ-ın
Stratfor analitik mərkəzinin 2016-cı il üçün siyasi proqnozlarında bildirilir.
Stratfor
analitiklərinin proqnozlarına görə, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verə bilər. “Rusiya Ermənistana ediləcək güzəştlər əvəzində Azərbaycan torpaqlarının azad olunmasına cəhd edəcək. Əgər Dağlıq Qarabağ danışıqları müvəffəqiyyətsizliklə nəticələnərsə, hərbi əməliyyatların başlamasını gözləmək olar. Amma Rusiya daha çox diplomatik danışıqlara üstünlük verəcək”,-deyə “Stratfor”un analitikləri bildirir.
Analitiklərin fikrincə, Rusiyanın
Cənubi Qafqazdakı
yeni siyasəti Türkiyə və ABŞ-ın diqqətini cəlb edəcək.
“Rusiya və Türkiyə arasında iqtisadi və siyasi münasibətlərdə soyuqluq olsa da, əlaqələr tam kəsilməyəcək. İki ölkə arasında strateji energetika layihələrinin reallaşmasında ləngimələr ola bilər. Belə bir vəziyyətdə Türkiyə Azərbaycan və
Şimali İraq Kürd Muxtariyyəti
ilə energetika layihələrini həyata keçirməyə maraq göstərəcək”.
Rusiya və Türkiyə həmçinin Cənubi Qafqazda olduğu kimi
Suriyada
da qarşılaşacaq. Analitiklər bildirirlər ki, bu ildə Rusiyanın Suriyada hərbi əməliyyatları davam edəcək. Bu səbəbdən Rusiya ilə Biləşmiş Ştatların, Avropa dövlətlərinin və Türkiyənin münasibətlərini pisləşəcək. Həmçinin Türkiyə
NATO
dövlətləri ilə yaxınlaşdığı üçün rəsmi Moskva Ankara ilə münasibətləri daha da gərginləşdirməyə cəhd etməyəcək.
Suriya-Türkiyə sərhədində təyyarənin vurması
2015-ci il
Yaxın Şərqdə
böyük gərginliklərlə yadda qalıb. Dağlıq Qarabağ münaqişəsinin həllində də nəzərəçarpan irəliləyişlər baş vermədi. Prezident İlham Əliyevdə Nazirlər Kabinetinin son iclasında bildirib ki, 2015-ci ildə Ermənistan prezidenti ilə görüş baş tutsa da, Dağlıq Qarabağ münaqişəsinin həllində nəticələr əldə olunmayıb.
Prezidentlərin son görüşü
Proqnozlardan görünür ki, bu ildə Qafaqazda və Yaxın Şərqdə münasibətlər gərgin olaraq qalacaq. Bu isə regionda həyata keçirilən enerji layihələrinin və siyasi münasibətlərin taleyini sual altında qoyur.
42-ciparalel.az